Parisdə 1 May nümayişləri: polis gözyaşardıcı qazdan istifadə edib
Fransa polisi Parisdə 1 May nümayişləri zamanı bir sıra etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Minlərlə nümayişçi Respublika meydanından Nasyon meydanına doğru yürüş edir. Lakin yürüş iştirakçıları arasında bir qrup polisə butulka və tullantı atıb. Asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı iki polis əməkdaşının xəsarət aldığı bildirilir.
1 May 2017 18:18 DünyaFransa polisi Parisdə 1 May nümayişləri zamanı bir sıra etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Minlərlə nümayişçi Respublika meydanından Nasyon meydanına doğru yürüş edir. Lakin yürüş iştirakçıları arasında bir qrup polisə butulka və tullantı atıb. Asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı iki polis əməkdaşının xəsarət aldığı bildirilir. Trend.az