Mənsum İbrahimov və Arif Qazıyevə Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
1 May 2017 18:42 SiyasətPrezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
İbrahimov Mənsum İsrafil oğlu
Qazıyev Arif Lətif oğlu
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31