Türkiyə və Hindistandan ABŞ-a qarşı MÜHARİBƏ ELANI
Türkiyə və Hindistan ikitərəfli ticarətdə milli valyutalara - türk lirəsi və hind rupisinə keçməklə dollardan imtina edə bilər. Bunu Nyu-Dehliyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.
1 May 2017 16:31 DünyaTürkiyə və Hindistan ikitərəfli ticarətdə milli valyutalara - türk lirəsi və hind rupisinə keçməklə dollardan imtina edə bilər. Bunu Nyu-Dehliyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.
"İxrac və idxal əməliyyatları milli valyutalarla aparıla bilər. Bu, iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcək", - Ərdoğan deyib.
Xatırladaq ki, daha əvvəl Türkiyə və Rusiya ikitərəfli ticari hesablaşmalarda dollardan imtinanı müzakirə edib. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31