Səfir ADMİU-da

2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planından irəli gələrək Mədəniyyət və İncəsənət Universiteti bir sıra silsilə tədbirlər keçirir.

2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planından irəli gələrək Mədəniyyət və İncəsənət Universiteti bir sıra silsilə tədbirlər keçirir.  Universitetdən "Olaylar" - a bildirilib ki, bu tədbirlərin davamı olaraq Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə İndoneziyanın Azərbaycandakı xoşməramlı səfiri Dr.Husnan Bey Fenaninin görüşü baş tutub. Görüş zamanı hər iki ölkənin tarixi və mədəniyyəti haqqında məlumatlar verilib. Cənab səfir Azərbaycanın qədim tarixə malik və xalqının necə qonaqpərvər, mehriban, səmimi olduğunu vurğulayıb. 

Görüşdə səfir İndoneziyanın tarixi, coğrafiyası, təhsili və mədəniyyəti ilə bağlı çıxış edərək, ən böyük müsəlman ölkə sayıldığını bildirib. İndoneziya eyni zamanda multikultural ölkədir. İndoneziya Filippin, Laos, Vyetnam kimi kiçik ölkələrin Asiya təşkilatına rəhbərlik edir.

Professor Fərəh Əliyeva səfirə xoş sözləri üçün təşəkkürünü bildirərək, Universitet haqqında ətraflı məlumat verib. İncəsənətin bütün sahələrini əhatə edən yeganə Universitet olduğunu qeyd edən rektor, fakültələr və əcnəbi tələbələrin təhsili haqqında da geniş məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31