IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Oktyabr-ın 11-14-də IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Oktyabr-ın 11-14-də IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub. Festivala film qəbulu aprel ayının 15-də başlayıb 1 sentyabr tarixinə qədər davam edəcək. Festivalın təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar: Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar. Festivalın ən yaxşı filminə isə QRAN PRİ - diplom və mükafat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31