“Azərsu” ASC-də IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı toplantı keçirilib
12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətində toplantı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, “Azərsu” ASC-nin də qarşısında mühüm vəzifələr durur.
1 May 2017 16:59 Sosial12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətində toplantı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, "Azərsu" ASC-nin də qarşısında mühüm vəzifələr durur. Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək üçün Səhmdar Cəmiyyətin müvafiq struktur bölmələri tərəfindən mühüm tədbirlər görülüb və bu sahədə işlər davam etdirilməkdədir. Ötən illərdə keçirilmiş tədbirlərdə qazanılmış təcrübədən istifadə etməklə işlər operativ qaydada yerinə yetirilməli, idman, ictimai-iaşə obyektləri və mehmanxanalar keyfiyyətli içməli su ilə təmin edilməlidir. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar "Azərsu" ASC-də yaradılmış komissiyanın sədri, sədrin birinci müavini Teyyub Cabbarov mütəmadi olaraq komissiyanın iclaslarının keçirildiyini xatırladaraq görülmüş işlər barədə məlumat verib Bildirib ki, oyunların keçirilməsi ilə əlaqədar Bakı Sukanal, rayon sukanal idarələrinin rəhbərlərinə hidrotexniki qurğuların, su və kanalizasiya xətlərinin, quyu və barmaqlıqların vəziyyəti ilə bağlı ətraflı araşdırmaların aparılması, görüləcək təmir işləri və digər tədbirlər barədə komissiyaya məlumat verilməsi tapşırılıb. "Azərsu" ASC-nin sədri Q.Hüseynov ixtisaslaşmış briqadaların peşəkar kadr, maşın-mexanizm və avadanlıqlarla tam komplektləşdirilməsi, lazımi anbar ehtiyatlarının yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, mərkəzi idarə aparatında və yerlərdə növbətçiliyin, həmçinin şəhərdə avtomobil sıxlığının tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq işçilərin pilləli iş rejiminin təmin olunması barədə tapşırıqlar verib.