Azərbaycan-Türkiyə hərbi təlimləri hərbi-texniki baxımdan olduqca əhəmiyyətlidir

Mayın 1-də Azərbaycan və Türkiyə orduları birgə taktiki təlimlərə start veriblər və təlimlər mayın 5-dək davam edəcək. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Sahib Alıyev bildirib ki, indiki reallıqları nəzərə alsaq, bu təlimlər təkcə geosoiyasi və hərbi-strateji deyil, həm də hərbi-texniki baxımdan olduqca əhəmiyyətlidir: “Kimsəyə sirr deyil ki, Donbasda təkcə separatçılarla Ukrayna savaşmır.

Mayın 1-də Azərbaycan və Türkiyə orduları birgə taktiki təlimlərə start veriblər və təlimlər mayın 5-dək davam edəcək. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Sahib Alıyev bildirib ki, indiki reallıqları nəzərə alsaq, bu təlimlər təkcə geosoiyasi və hərbi-strateji deyil, həm də hərbi-texniki baxımdan olduqca əhəmiyyətlidir: "Kimsəyə sirr deyil ki, Donbasda təkcə separatçılarla Ukrayna savaşmır. Bu savaşda Rusiya və Amerika da var. Və onu da görürük ki, separatçılarla Rusiya qüvvələrinin birgə əməkdaşlıqları daha effektli alınır, nəinki ukraynalılarla amerikalıların. Təkcə ona görə yox ki, Rusiya orada daha çox qüvvə cəmləşdirib, həm də ona görə ki, ukraynalı hərbiçilərlə amerikalılar indiyədək fərqli texnikayla işlədikləri kimi onların döyüş metodları və bütövlükdə döyüş fəlsəfələri də bir-biriylə az uyuşur. Bu da özünü həm təlimlərdə, həm də cəbhədə aydın göstərir". Millət vəkili deyib ki, Azərbaycan və Türkiyəyə gəldikdə isə bizim ən böyük uğurumuz iki xalq arasındakı bağlılığın hərbi əməkdaşlıqda da özünü göstərməsidir: "Türkiyə və Azərbaycan hərbiçilərinin çoxu fərqli məktəblərin təmsilçiləri olmalarına və fərqli texnikalarla işləmələrinə baxmayaraq, uzun zaman və davamlı aparılan birgə təlimlər nəticəsində tam harmoniya içində, eyni bir qüvvə kimi çıxış etməyi bacarırlar. Hətta belə də demək olar ki, iki qardaş dövlət NATO və sovet hərbi ənənəsinin ən yaxşı tərəflərini sinxronlaşdıraraq artıq yeni bir standart yaradıblar. Bu, Türk standartıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31