Təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov 8 may 2017-ci il tarixində saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.
1 May 2017 16:22 SosialTəhsil naziri Mikayıl Cabbarov 8 may 2017-ci il tarixində saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinləri iştirak edəcək. Həmnçinin qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 1-4 may 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.