Qərbin öz hüdudlarından kənarda axtardığı “demokratiya”

Türkiyədəki 16 aprel referendumunun nəticələrini “Qoca qitə” heç cür həzm edə bilmir. Bu günlər Avropa Birliyinin rəsmiləri bu referendumun nəticələrinin legitimliyini şübhə altına alan mövqe nümayiş etdirirlər. Buna qədər türk xalqının seçiminə ən çirkin üsullarla əngəl olmağa çalışdılar, ancaq bir nəticə hasil edə bilmədilər. İndi fakt qarşısındadırlar. Türkiyə bundan sonra daha qüdrətli bir dövlətə çevrilmək yoluna seçdi artıq. Bax, həzm edilə bilməyən budur.

Yaxud "demokratiya" axtarışı adı altında antidemokratik oyunlar

Türkiyədəki 16 aprel referendumunun nəticələrini "Qoca qitə" heç cür həzm edə bilmir. Bu günlər Avropa Birliyinin rəsmiləri bu referendumun nəticələrinin legitimliyini şübhə altına alan mövqe nümayiş etdirirlər. Buna qədər türk xalqının seçiminə ən çirkin üsullarla əngəl olmağa çalışdılar, ancaq bir nəticə hasil edə bilmədilər. İndi fakt qarşısındadırlar. Türkiyə bundan sonra daha qüdrətli bir dövlətə çevrilmək yoluna seçdi artıq. Bax, həzm edilə bilməyən budur.

İqtisadçı ekspert Fikrət Yusifov deyir ki, qardaş ölkənin son illər regionun problemlərinin həlli istiqamətində yürütdüyü müstəqil siyasət "Qoca qitə" təmsilçilərinin artıq çoxdan rahatsız edirdi. Onun sözlərinə görə, bu müstəqilliyi əngəlləməyin yollarının axtarışında olan "demokratlardan" türk xalqının seçiminə başqa münasibət gözləmək də mümkün deyildi: "Bu gün başqasından demokratik dəyərlərə əməl etməyi tələb edən "Qoca qitə" təmsilçiləri tarix üçün heç də böyük olmayan bir zaman kəsiyində bütün dünyaya necə qan uddurduqlarını çox tez unudurlar? Biz bu gün onların bu unutqanlığına imkan verməməliyik. Onların kim olduqlarını hər addımbaşı yadlarına salmağımız gərəkdir. Həyatın elə qanunları var ki, bu qanunları dəyişmək heç kimə müyəssər olmur. Bunlardan biri də genlərlə bağlı olan qanundur. Böyük rus alimi N.İ. Vavilov demişkən "Genlər yanlışlığa yol vermirlər - onları aldatmaq mümkün deyil". Bəli, bu günün Avropanın qardaş Türkiyəyə qarşı atdığı ədalərsiz addımlar bu deyimin nə qədər əsaslı olduğunu bir daha göstərdi". Fikrət Yusifov deyib ki, millətlərin xisləti dəyişmir, erməni xisləti kimi: "İşğal etmək, əzmək, özünə tabe etdirmək, özündən asılı vəziyyətdə saxlamaq, bax budur Qərb demokratiyasının kökündə dayanan dəyərlər. Bu gün özlərini elə aparırlar ki, sanki ötən əsrdə bütün dünyanı işğal edərək öz müstəmləkəsinə çevirən və bu zaman yüz minlərlə insanı yerindəcə sorğusuz-sualsız qətlə yetirən, bəşəriyyətə əlli milyondan çox insanın məhvi ilə nəticələnən iki cahan savaşını bəxş edən bunlar olmayıblar. Deyəcəklər babalarımız edib bunları, biz belə olmasını istəməzdik. Yalandı, tam yalandı. Babalarınız bu əməlləri təkbaşına etməyiblər, öz xalqları ilə birlikdə ediblər. Bəşəriyyət üçün o qanlı cinayətləri törədən həmin babaların genini özündə daşıyan sizlər isə indi bu yolu daha sivil bir şəkildə - demokratiya pərdəsi altında davam etdirirsiniz. Çünki dünya dəyişib, ona görə də xislətinizdədə olanları babaların getdiyi kobud yolla reallaşdırmaq çox təhlükəlidir. Bunlara özlərindən güclü heç kim lazım deyil. Başqalarına qadağan etmək istədikləri, bunlara yasaq da deyil. Bunların sərhədlərindən kənarda görmək istədikləri demokratiya öz maraqlarından ibarətdir. Budur əsil həqiqət". Ekspert bildirib ki, Türkiyənin güclənməsi bunlara heç lazım deyil: "Əgər türk xalqı öz seçimini edib "əvət" deyibsə, bundan bu qədər əndişələnmək nə deməkdir? Xalq seçimini edib. Bəs sizlər necə seçirsiniz? İngilislər bir il bundan öncəyə qədər Avropa Birliyindən çıxmağa "əvət" dedilər. Bəs nə üçün yığışıb bunun qarşısını öz evininzin içində ala bilmədiniz? Viran qoyduğunuz Yaxın Şərqdən imdad diləmək üçün rezin qayıqlarda batıb məhv olmaqdan qorxmayaraq sizlərə pənah gətirmiş o qurbanlarınızı nə üçün itlərlə, tikanlı məftillərlə qarşılayırsınız? Bu gün əhalisi 500 milyon insanı keçən "Qoca qitə" bu əhalinin 1 faizini belə təşkil etməyən 5 milyona qədər qaçqını qəbul edib yerləşdirməkdə nə qədər acizlik nümayiş etdirir? Bu işdə Türkiyə yardımçınız olsa da, onu da aldatmağa cəhd etdiniz. Türkiyənin öz qoynunda saxladığı və Avropaya kütləvi axınının qarşısını aldığı o qaçqınlara yardımdan da imtina etdiniz. Türkiyə də gərək ki, sizin kimi hərəkət edəydi və o qaçqınların çaşğınlıq içində olan sizlərə axışmasına yol açaydı. Bu gün yaratdığınız dəyərlər sökülür. Avropa Birliyinin üç dayağından biri Böyük Britaniya sizi tərk etdi. İkinci dayaq Fransa da indi bu haldadır. Almaniyanın isə bu yükü tək çəkmək iqtidarında olması mümkün deyil. Siz iflas həddindəsiniz. Bu gün iqtisadiyyatınız çətinliklər içində, üzv ölkələrinizin bir çoxunda maliyyə durumu ağır vəziyyətdə olduğu, xarici borclarınız Ümumi Daxili Məhsulunuzu üstələdiyi bir halda Türkiyəni özünüzdən itələyirsiniz. Çünki Türkiyə son dəyişikliklə öz hakimiyyətini və deməli öz dövlətçiliyini bir qədər də gücləndirdi. Siz bu gün suda batarkən, batmazdan öncə kimdənsə qisasını almağı unutmayan bir acizi xatırladırsınız". Fikrət Yusifov deyib ki, bu gün Avropa öz dəyərlərini itirir və faktiki olaraq türk, müsəlman düşmənçiliyinə yuvarlanır deyənlər yanılırlar: "Avropa çoxdan bu yolun yolçusudur. Avropa bu dəyərləri çoxdan itirib. İllərlədir Türkiyəni minbir bəhanələrlə Avropa Birliyinin qapıları arxasında saxlamaq nə demək idi? Hər kəs çox gözəl başa düşürdü ki, bu bir oyun idi. Əsil həqiqət budur ki, siz nə Türkiyə kimi bir qüdrətli tərəfdaşdan imtina edə bilirsiniz, nə də onu öz birliyinizə üzv qəbul etmək istəyirsiniz. Sadəcə qorxursunuz və qorxduğunuz üçün oynamaq zorunda qalıbsınız. Şərqlə Avropanın arasında olan belə bir qüdrətli dövlətin bu birliyə üzv olmasından qorxursunuz. Qorxursunuz ki, Türkiyə bu birliyə üzv olduqdan bir neçə on il sonra orada hökmranlıq edə biləcək qədər bir qüdrətə sahib olacaqdır. Qorxursunuz ki, bu gün Avropa ölkələrində yaşayan milyonlarla türkün sayı Türkiyə bu Birliyə üzv olduqdan sonra bir neçə on il ərzində on milyonlarla ölçüləcək. Qorxursunuz ki, bu nəticə etibarılə sizin sonunuz demək olacaqdır. Bütün bunlara görə bu gün türk xalqının, Türk dövlətinin qüdrətinin artırılmasına yönəli seçimi sizlərdə belə qıcıq yaratdı. Siz Türkiyədən imtina edə bilməzsiniz, bu mümkün deyil. Bu səbəbdən də, 13 il bundan öncəki start vəziyyətinə qayıdıb, Türkiyənin bu quruma üzvlük məsələsini yenidən qeyri-müəyyən bir vaxta qədər uzatmaqla, onunla yenidən oynamaq seçimi edirsiniz". Fikrət Yusifovun sözlərinə görə, Avropa bu gün bir məsələni anlamalıdır ki, indi Türkiynin Avropaya ehtiyacından daha çox, Avropanın Türkiyəyə ehtiyacı var: "Zaman bunun həqiqətən də belə olduğunu göstərəcək. Bu gün Türkiyəyə yönəli bu haqsızlıq eyni zamanda Azərbaycana yönəlmiş bir haqsızlıqdır. Bu səbəbdən biz türk qardaşlarımızın yanındayıq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31