Türkiyənin müstəqil siyasət yürütməsi Avropanı narahat edir
AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərar qəbul olunması hələ də müzakirə olunan məsələlər sırasındadır. Siyasi şərhçilər hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güdür.
1 May 2017 14:15 DünyaBeynəlxalq təşkilatları Qərbin maraqlarını həyata keçirir
AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərar qəbul olunması hələ də müzakirə olunan məsələlər sırasındadır. Siyasi şərhçilər hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güdür. Təsadüfi deyil ki, Azərbaycanın da zaman-zaman belə ədalətsizliklərlə, ikili standartlarla üzləşib. Maraqlıdır, bəs AŞ PA-nın müsəlman dövlətlərinə qarşı qərəzli bə ədalətsiz mövqeyinin qayəsini nə təşkil edir? Millət vəkili Asim Mollazadə qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı qərarı çox təəssüf doğuran və ədalətsiz bir qərardır. Onun sözlərinə görə, Avopa Şurasını yaradan ölkələrindən biri kimi, 1949-cu ildən bu təşkilatın üzvü olan bir dövlət kimi Türkiyəyə qarşı haqsız bir qərar qəbul edilib: "Nədənsə Avropadan bir sıra istiqamətlərdə Türkiyəyə maneçiliklər törədilir. Məsələn, Türkiyə 60 ildən artıqdır ki, Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edib. Lakin bu günə qədər bununla bağlı müzakirələr heç bir nəticəsi olmadan davam edir. Həm iqtisadi, həm də demokratik mühitlə bağlı məsələlərdə Türkiyədən qat-qat geridə olan ölkələr Aİ-yə qəbul edilsə də, Türkiyə buna nail ola bilməyib". Hazırda Türkiyənin çox gərgin bir regionda terrorla mübarizə apardığını xatırladan A.Mollazadənin sözlərinə görə, bu mübarizə Türkiyədən kifayət qədər böyük güc səfərbər etməsini tələb edir: "Avropa Şurasında və Aİ-də Türkiyə ilə NATO-da müttəfiq olan ölkələr Türkiyəyə dəstək vermək əvəzinə ona qarşı təzyiqlər edirlər. Belə çıxır ki, bəzi Qərb ölkələrində istənilən pozuntu olarsa ona göz yumulur, Türkiyədə isə əksinə, ən xırda problemləri belə qabartmağa çalışırlar. Bu baxımdan AŞPA-nın son qərarı təəssüf doğurmaqla yanaşı, bir növ Avropa ilə Türkiyə arasında hansısa bir "Berlin divarının" inşası prosesinə bənzəyir. Bu isə Avropanın özünün təcrid olunmasına gətirib çıxaracaq. Narahatlıq doğuran amil ondan ibarətdir ki, Avropada sanki yenidən "səlib yürüşü" təfəkkürü ön plana çıxır, antitürkizm, islamafobiya kimi zərərli meyllər güclənir". AŞPA-nın qərarının hansı məqsədlərə və kimlərə xidmət etməsi məsələsinə gəlincə, millət vəkili hesab edir ki, belə bir qərar qəbul etməklə Qərb Türkiyəyə təzyiq göstərmək istəyir. Yəni, bu qərarın qəbul edilməsinin arxasında Türkiyənin müstəqil siyasət yürütməsini bəyənməyən, onu üçüncü sort ölkə statusunda görmək istəyən qüvvələr dayanır. A.Mollazadə AŞPA-nın və digər Qərb təşkilatlarının Türkiyə əleyhinə qəbul etdikləri qərarlarının arxasında erməni lobbisinin dayandığını da diqqətə çatdırıb: "Məlum olduğu kimi, bu gün Avropada, ABŞ-da yaşayan varlı, təşkilatlanmış erməni diaspor təşkilatları Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparırlar. Bu, onlarla yaxın əlaqədə olan siyasətçilərin fəaliyyətində də özünü açıq şəkildə büruzə verir. Bu, tək Azərbaycanla yox, Türkiyə ilə bağlı məsələlərdə də özünü göstərir. Ona görə də Avropa Şurasında Türkiyə ilə bağlı qəbul edilən qərarları haqsız qərarlar kimi qiymətləndirirəm. Ona görə də həm türkiyə, həm də Azərbaycan həqiqətləri üzə çıxarmaq üçün daha aktiv xarici siyasət yürütməlidirlər".
Hüquqşünas Azad Rzayev qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş və dost Türkiyə ilə bağlı qərarı, 13 ildən sonra bu ölkəni yenidən monitorinq altına alması çox haqsız, çox ədalətsiz və çox yanlış addımdır. Bu qərarın, onu əsalandırmağa çalışanların da heç bir bəraəti olmaz. Bu, Avropada, Qərb dünyasında illərdir Türkiyəyə qarşı açıq-gizli yürüdülən antitürk, antiTürkiyə kampaniyasının bir tərkib hissəsidir. Onun sözlərinə görə, AŞPA-nın məlum qərarının Azərbaycan cəmiyyəti tərəfindən də haqlı narazılıq və kəskin etirazla qarşılnması təsadüfi sayıla bilməz: "Bu qərarın qəbul edilməsi Türkiyənin demokratik nailiyyətlərini, uzun illər ərzində keçdiyi yolu, regional təhlükəsizliyin təminatına verdiyi töhfələri heçə saymaq deməkdir. Avropa Şurasının missiyası ondan ibarətdir ki, böyük bir qitə arealında dövlətlər arasında sülhü, əməkdaşlığı təşviq, eyni zamanda, daxildə islahatlar prosesinə kömək etsin, hüquqi cəhətdən vahid bir ailənin yaradılmasına təsir göstərsin. Bu qurum heç bir halda məhkəmə təsisatı deyil və onun müəyyən dairələrin əlində siyasi təzyiq alətinə çevrilməsi çox acınacaqlı vəziyyətə gətirib çıxaracaq". A.Rzayev hesab edir ki, ermənipərəst dairələrin himayəçisinə çevrilmiş beynəlxalq qurumların, o cümlədən, AŞPA-nın hər hansı bir qərarı, qərəzli addımı nə Türkiyəni, nə də Azərbaycanı sindirə, onu öz yolundan döndərə bilməyəcək: "Bu cür qərəzli addımlarla istər Türkiyənin, istərsə də Azərbaycanın zəifləyəcəyini, sözə və ələ baxan "üçüncü dünya dövləti" olacağını düşünlər, bunu öz qafalarında hesablayanlar çox səhv və yanlış düşünürlər. Nə Türkiyəni, nə də Azərbaycanı belə addımlarla zəiflətmək, gücsüzləşdirmək mümkün olacaq. Əksinə, istər Türkiyə, istərsə də Azərbaycan bu cür addımlar qarşısında daha dimdik dayanacaq, hər zaman olduğu kimi, bu dəfə də bu sınaqdan, bu mübarizədən daha güclü və daha əzmli şəkildə çıxa biləcək. Buna hər kəs, o cümlədən, AŞPA-dakı antitürk, antiTürkiyə, antiAzərbaycan dairələri da tam əmin olsunlar". Ümumiyyətlə ekspertlərin qənaətinə görə, heç şübhəsiz ki, islamafobiyanın Qərbdə köklənməsinin məqsədi Avropanın Yaxın Şərq, İslam ölkələrindəki maraqlarının həyata keçirilməsini təmin etmək üçündür. Büdcədən ayrılan vəsaitlərin bomba kimi müsəlmanların başına tökülməsi üçün islamafob meyilləri qızışdırırlar ki, siyasətçilər bunun üçün ictimai dəstək qazansınlar. Türkiyəyə qarşı da oxşar meyillər həyata keçirilir. Digər amil isə Türkiyənin müstəqil siyasət yürütməsi ilə bağlıdır. Türkiyənin daxili siyasətinə təsir imkanlarının azalması Avropa ölkələrini qəzəbləndirir və qardaş ölkəyə qarşı bu qəbildən olan kampaniyalar həyata keçirilir.
Nurlan