Gündəm

Iğdır Universiteti ilə əməkdaşlıq

2 May 2017 12:43

Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin Iğdır Universitetinin rektoru, professoru Mehmet Hakkı Alma və İlahiyyət fakültəsinin dosenti Şahin Əhmədoğlu qonaq olub.

Əri Rəqsanəyə restoran bağışladı

2 May 2017 12:43

Sənətində uzun aylardır fasilə yaradan müğənni Rəqsanə sükutu pozmağa hazırlaşır. O, kliplərini, yeni albomunu və konsert proqramını təqdim etməyə hazırlaşır. Eyni zamanda, mayın 25-də doğum günü olacaq Rəqsanə üçün Bakıda təmtəraqlı məclis təşkil ediləcək.

Yeni platforma tikilir

2 May 2017 12:34

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.

Keçən ay BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

2 May 2017 12:35

2017-ci ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- aprel aylarında bu kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il may ayının 1-ə qədər BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin aprel ayında BTC kəməri ilə 546 min 171 ton Türkmənistan nefti nəql olunub.

Prezidentinin fərdi təqaüdünə layiq görülən xanəndə: "Çox sevincliyəm" 

2 May 2017 12:29

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə xalq artisti Mənsum İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. 

Antalyada istirahəti sevənlər - YENİ QADAĞA

2 May 2017 12:27

Türkiyənin Antalya şəhərində spirtli içkilərlə bağlı qadağalar sərtləşdirilib. Şəhər ərazisində hotel və iaşə obyektlərindən kənarda, açıq sahələrdə spirtli içkilərin içilməsi qadağan edilib. 

Azərbaycanda rəsmi qeydə alınan məişət zorakılıqları reallıqdakından daha azdır

2 May 2017 12:25

Azərbaycanda rəsmi olaraq, qeydə alınan məişət zorakılığı hallarının sayı reallıqda baş verən zorakılıq hallarının sayından daha azdır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə deyib.

ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq

2 May 2017 12:17

ABŞ cari ildə Əfqanıstan ərazilərinin İŞİD terror qruplaşmasından azad edilməsini planlaşdırır. Bunu Birləşmiş Ştatların bu ölkədəki Silahlı Qüvvələrinin nümayəndəsi Bill Salvin bəyan edib.

ABŞ Ermənistana sanksiya tətbiq edəcək

2 May 2017 12:16

Amerika Birləşmiş Ştatları Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı pozuntulara yol vermiş şəxslərin hökumət tərəfindən maliyyələşdirilən proqramlarda iştirakını qadağan edəcək.  Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, ABŞ nümayəndləri seçki prosesində rüşvət, seçicilərə təzyiq faktları qeydə alıblar. Səfir bu faktların digər beynəlxalq təşkilatlar tərəfindən də aşkar edildiyini bildirib: "Biz hökumətimizi bütün bu faktlarla bağlı geniş araşdırma aparmağa çağırmışıq".

Malena Mard: "Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq"

2 May 2017 12:13

Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq. Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. 

Bəy toy günü həbs olundu

2 May 2017 12:06

Bəy toy günü saxtakarlıq etdiyinə görə saxlanılıb. O, toyuna ailəsi və qohumlarının əvəzinə 200 nəfər tanımadığı adamı çağırıb. Oğlan həmin adamlara bunun müqabilində 80 yuan, təxminən 15 manat verib

Prezident İlham Əliyev və xanımı Beynəlxalq Gimnastika Federasiyasının prezidentini və baş katibini qəbul ediblər

2 May 2017 12:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 2-də Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.

Xəzərdə zəlzələ oldu

2 May 2017 12:03

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:23-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3.0, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

Dövlət Departamenti: yaxın 4 ayda Avropada terror ola bilər

2 May 2017 12:02

ABŞ Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb. Yayılan xəbərdarlıqda deyilir ki: "Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropada terror hücumları təhlükəsinin qalması barədə xəbərdarlıq edir. Bu xəbərdarlıq müddəti 2017-ci il sentyabrın 1-i başa çatır".

Ağstafa - Köçəsgər avtomobil yolu yenidən qurulur

2 May 2017 11:59

Ağstafa - Köçəsgər avtomobil yolu yenidən qurulur. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır.