Keçən ay BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

2017-ci ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- aprel aylarında bu kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il may ayının 1-ə qədər BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin aprel ayında BTC kəməri ilə 546 min 171 ton Türkmənistan nefti nəql olunub.

2017-ci ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- aprel aylarında bu kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il may ayının 1-ə qədər BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin aprel ayında BTC kəməri ilə 546 min 171 ton Türkmənistan nefti nəql olunub.

Keçən ay ərzində isə 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 milyon 39 min 435 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il may ayının 1-ə qədər Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31