Əri Rəqsanəyə restoran bağışladı

Sənətində uzun aylardır fasilə yaradan müğənni Rəqsanə sükutu pozmağa hazırlaşır. O, kliplərini, yeni albomunu və konsert proqramını təqdim etməyə hazırlaşır. Eyni zamanda, mayın 25-də doğum günü olacaq Rəqsanə üçün Bakıda təmtəraqlı məclis təşkil ediləcək.

Sənətində uzun aylardır fasilə yaradan müğənni Rəqsanə sükutu pozmağa hazırlaşır. O, kliplərini, yeni albomunu və konsert proqramını təqdim etməyə hazırlaşır. Eyni zamanda, mayın 25-də doğum günü olacaq Rəqsanə üçün Bakıda təmtəraqlı məclis təşkil ediləcək. "Bir müddətdir Moskvadayam, ailəmlə burda yaşayırıq. Burada restoran açırıq. Bir müddət onun hazırlıqları ilə məşğul oldum. Təmir işləri hələki uzandığından, açılışı sentyabr ayına qədər yubadırıq. Açılışdan sonra Azərbaycan, rus və türk sənətçilərini həmin restorana konsert proqramı ilə dəvət etməyi düşünürəm.

Qeyd edim ki, restoran yoldaşımdan mənə hədiyyədir. Sənət adamı olduğum üçün mənə onun hədiyyəsi restoran oldu. Bu, tək biznes məqsədi ilə açılmır. Ulduzların birgə çıxışı,  gecələrin təşkili, maraqlı şou proqramlar nəzərdə tuturuq. Yaxın günlərdə Bakıya gəlib, yeni xəbərlərim barədə ətraflı məlumat verəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31