Ağstafa - Köçəsgər avtomobil yolu yenidən qurulur

Ağstafa - Köçəsgər avtomobil yolu yenidən qurulur. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır.

Ağstafa - Köçəsgər avtomobil yolu yenidən qurulur. "OLAYLAR"-ın "Azəravtoyol" ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq hazır olan hissələrin asfaltlanması işləri də görülür. Uzunluğu 15, 5 km, eni 12 m olan və 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunun hazırda 6 km -lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı də salınıb. Ümumilikdə isə yolun 100 m 2 - dən çox ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt - beton örtük döşənəcək. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 m olan yolun yatağının eni 12 m təşkil edir. Bura 2.5 m enində çiyinlər də daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31