Malena Mard: "Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq"

Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq. Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. 

Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq. Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. M.Mard ötən həftə Aİ Xarici Əməliyyatlar Xidmətinin əməkdaşı Lyuk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev arasında yeni saziş üzrə intensiv danışıqların aparıldığını söyləyib:

"Düşünürəm ki, tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq. Bizim məqsədimiz birlikdə intensiv şəkildə işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti öncəsi biz böyük səylər çalışacağıq". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31