Iğdır Universiteti ilə əməkdaşlıq

Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin Iğdır Universitetinin rektoru, professoru Mehmet Hakkı Alma və İlahiyyət fakültəsinin dosenti Şahin Əhmədoğlu qonaq olub.

Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin Iğdır Universitetinin rektoru, professoru Mehmet Hakkı Alma və İlahiyyət fakültəsinin dosenti Şahin Əhmədoğlu qonaq olub.

Universitetdən "Olaylar" - a bildirlib ki, görüşdə Tədris işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi Validə Məmmədova, Elm və yaradıcılıq işləri üzrə prorektor, filologiya üzrə elmlər doktoru Məryəm Əlizadə və Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya üzrə elmlər doktoru Gülşən Əliyeva Universitetin 94 illik tarixi haqqında, fakültələr və ixtisaslar haqqında geniş məlumat veriblər.

Professor Mehmet Hakkı Alma da öz növbəsində 2008-ci ildən fəaliyyət göstərən Iğdır Universitetinin fakültələri, ixtisasları haqqında ətraflı məlumat verib və Azərbaycanlı professor-müəllim heyətini elmi-pedaqoji fəaliyyət, tələbələri təhsil almaq üçün dəvət edib.

Görüşdə hər iki universitet üçün faydalı nəticələr verəcək əməkdaşlıq və Mevlana dəyişim proqramı müqavilələri imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31