Gündəm

AÇ-2024: Türkiyənin şansı azalır

2 May 2017 13:30

AÇ-2024-ün ev sahibliyi üçün namizədliyini irəli sürən Türkiyənin şansı azalıb. UEFA-nın son qərarı digər namizəd ölkə Almaniyanı bir addım önə keçirib. UEFA ölkə seçimi zamanı daha bir məqama diqqət yetiriləcəyini açıqlayıb. Belə ki, futbol tarixində ilk dəfə "insan haqlarına hörmət" kriteriyası da səsvermə zamanı nəzərə alınacaq.

"WhatsApp" istifadəçilərinə xoş xəbər

2 May 2017 13:29

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" tezliklə yeni funksiyası ilə istifadəçilərini sevindirəcək.  "Pinned messages" (sancaqlanmış mesajlar) adlı funskiya mesajların yerini sabitləşdirməklə bağlıdır. Belə ki, artıq ən çox yazışdığınız şəxsin adını "pin" edərək onun mesajlarını yuxarı çəkə bilərsiniz.

"Red Bull"un varisi İnterpola verildi

2 May 2017 13:26

Tayland Red Bull şirkətinin sahibinin varisi və nəvəsini interpol xətti ilə axtarışa verib. 5 milyard dolların varisi Vorayut Yuvitthaya 2012-ci ildə sərxoş vəziyyətdə polis serjantını "Ferrasi"si ilə vuraraq öldürüb və hadisə yerindən qaçıb. 

Zeynəb Xanlarova: “Türkün gücünü görən Avropa Şurasının bu qərəzli qərarını başa düşmək olar”

2 May 2017 13:24

“Türkün gücünü görən Avropa Şurasının bu qərəzli qərarını başa düşmək olar”. “Olaylar” xəbər verir ki, Milli Məclisin iclasında AŞPA-nın Türkiyə haqqında qərarı haqda danışan millət vəkili Zeynəb Xanlarova belə deyib.

“Avropa Şurasının Türkiyəyə qarşı münasibətindən dərs almalıyıq”

2 May 2017 13:23

“Avropa Şurasının Türkiyəyə qarşı münasibətindən dərs almalıyıq”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Fərəc Quliyev  deyib.“Avropa strukturlarında xristian təəssübkeşliyi var. Almaniya kansleri də dəfələrlə dedi ki, Türkiyəni “xristian klubuna” buraxmaq istəmirik.

Siyavuş Novruzov: “Bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar

2 May 2017 13:21

“Avropa Şurası Parlament Assambleyasının Türkiyəni post-monitoriqndən monitorinqə keçirməsi təəccüblü deyil. Bir neçə dəfə Avropa strukturlarından Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqe sərgilənib.

Bacısına görə dayısı oğlunu öldürənə AĞIR CƏZA TƏLƏBİ

2 May 2017 13:08

Dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Nurlan Quliyevin 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Sarkisyana verilən vaxtın son tarixi açıqlandı

2 May 2017 13:06

Yaxın gələcəkdə Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Karen Karapetyan arasında ciddi qarşıdurma gözlənilir. Bu barədə "Jamanak" (Zaman) erməni qəzeti yazır.

Bizə niyə at - eşşək əti yedirirlər?

2 May 2017 13:05

Son zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb. Ötən həftə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkənin tanınmış qida şirkətlərindən "Elba" MMC-nin anbarından və şirkətə məxsus yükdaşıyan avtomobildən aşkarlanmış "mənşəyi məlum olmayan" tonlarla ətin mənşəyini müəyyən edib. "Elba" MMC hər nə qədər iddiaları yalan və şirkətə yönəlmiş qərəz adlandırsa da, Dövlət Baytarlıq Xidməti bu ətlərin ölmüş at ətləri və "aqoniya vəziyyətində kəsilmiş" inək əti olduğunu açıqlayıb.

Belarus Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

2 May 2017 13:03

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədəki yeni səfiri Lətif Qəndilovun etimadnaməsini qəbul edib.  Məlumatda qeyd olunur ki, A.Lukaşenko Belarus və Azərbaycan arasında münasibətlərin dostluq və qarşılıqlı anlaşma çərçivəsində qurulduğunu vurğulayıb. 

Ata qızını azərbaycanlı modellə evləndirmək üçün evlilik verilişinə gətirdi - VİDEO

2 May 2017 13:02

Türkiyədə Star televiziyasında yayımlanan "Zuhal Topalla izdivaç" verilişində maraqlı anlar yaşanıb. Ata öz qızını azərbaycanlı model Əli Əkbərlə evlənmək üçün studiyaya gətirib. Özünün də 3 il əvvəl evlilik proqramlarından birində ailə həyatı qurduğunu söyləyən ata Əlini çox bəyəndiyini bildirib.

Oqtay Əsədov: “AŞPA-nın yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı”

2 May 2017 12:54

“AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı verilən qərar qərəzdir”. Bunu Milli Məclis sədri Oqtay Əsədov deyib. Spiker bildirib ki, Türkiyə 13 il əvvəl postmonitorinqdən monitorinq altına qaytarıldı.

Deputat: “AŞ PA-nın Türkiyəyə qarşı münasibəti qəbuledilməzdir”

2 May 2017 12:53

“Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı münasibəti qəbuledilməzdir”. Bunu  Milli Məclisin iclasında millət vəkili Azay Quliyev  deyib. A.Quliyev qeyd edib ki, Avropa Şurası Türkiyədəki dövlət çevrilinə cəhdə obyektiv münasibət göstərmədi: “Dövlət çevrilişinə cəhd vaxtı parlament binasını güllələyən fetoçulara AŞPA lazım olan münasibəti göstərmədi. Həmçinin baş verən terror aktlarına da eyni münasibət sərgilənir. Lakin Fransada terror aktı baş verəndə demək olar ki, bütün şura üzvləri hərəkətə keçdilər”.

77 müəssisə üzrə 237 boş (vakant) iş yeri təqdim edilib

2 May 2017 12:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin  dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44) tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib. Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak ediblər.

Teatrının yaradıcı heyəti mükafatlandırıldı

2 May 2017 12:44

Prezident İlham Əliyev “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən Gənc Tamaşaçılar Teatrının da bir qrup yaradıcı heyəti mükafata layiq görülüb.