“Avropa Şurasının Türkiyəyə qarşı münasibətindən dərs almalıyıq”

“Avropa Şurasının Türkiyəyə qarşı münasibətindən dərs almalıyıq”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Fərəc Quliyev  deyib.“Avropa strukturlarında xristian təəssübkeşliyi var. Almaniya kansleri də dəfələrlə dedi ki, Türkiyəni “xristian klubuna” buraxmaq istəmirik.

"Avropa Şurasının Türkiyəyə qarşı münasibətindən dərs almalıyıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Fərəc Quliyev  deyib."Avropa strukturlarında xristian təəssübkeşliyi var. Almaniya kansleri də dəfələrlə dedi ki, Türkiyəni "xristian klubuna" buraxmaq istəmirik. Türkiyəni çökdürmək istəyirlər. bizim də torpaqlarımız işğal altındadır və bununla bağlı addım atmaq istəmirlər. Nəhayət ki, parlamentdə Dağlıq Qarabağla bağlı geniş müzakirələr aparılmalıdır. Biz oturub onların hansısa iş görəcəyini gözləməyimiz heç bir məntiqə sığmır. BMT, ATƏT və digər qurumlar konkret addımlar atmayacaqlarsa, biz uzun və yorucu olsa da savaşa başlayıb, ərazilərimizi işğaldan azad etməliyik. Çünki Türkiyədən sonra sıra Azərbaycana gələcək. Bu, islamafobiyadır. Müttəfiqlərimizə dəyən zərbə bizə də zərər verir", - Fərəc Quliyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31