"Red Bull"un varisi İnterpola verildi

Tayland Red Bull şirkətinin sahibinin varisi və nəvəsini interpol xətti ilə axtarışa verib. 5 milyard dolların varisi Vorayut Yuvitthaya 2012-ci ildə sərxoş vəziyyətdə polis serjantını "Ferrasi"si ilə vuraraq öldürüb və hadisə yerindən qaçıb. 

Tayland Red Bull şirkətinin sahibinin varisi və nəvəsini interpol xətti ilə axtarışa verib. 5 milyard dolların varisi Vorayut Yuvitthaya 2012-ci ildə sərxoş vəziyyətdə polis serjantını "Ferrasi"si ilə vuraraq öldürüb və hadisə yerindən qaçıb. Aprelin 28-də o növbəti dəfə Banqkok məhkəməsinə gəlmədiyi üçün məhkəmə onun həbsinə order vermişdi.  Tayland XİN-i və baş prokurorluğu Yuvitthayanın tez-tez olduğu ölkələrə sorğu göndərərək ekstradisiyasını tələb etməyə hazırlaşır. 

Qeyd edək ki, "Red Bull"un varisini 10 il həbs gözləyir.  Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31