AÇ-2024: Türkiyənin şansı azalır
AÇ-2024-ün ev sahibliyi üçün namizədliyini irəli sürən Türkiyənin şansı azalıb. UEFA-nın son qərarı digər namizəd ölkə Almaniyanı bir addım önə keçirib. UEFA ölkə seçimi zamanı daha bir məqama diqqət yetiriləcəyini açıqlayıb. Belə ki, futbol tarixində ilk dəfə "insan haqlarına hörmət" kriteriyası da səsvermə zamanı nəzərə alınacaq.
2 May 2017 13:30 İdmanAÇ-2024-ün ev sahibliyi üçün namizədliyini irəli sürən Türkiyənin şansı azalıb. UEFA-nın son qərarı digər namizəd ölkə Almaniyanı bir addım önə keçirib. UEFA ölkə seçimi zamanı daha bir məqama diqqət yetiriləcəyini açıqlayıb. Belə ki, futbol tarixində ilk dəfə "insan haqlarına hörmət" kriteriyası da səsvermə zamanı nəzərə alınacaq. Qitə futbol qurumunun qərarı bu il xoşagəlməz hadisələr yaşanan Türkiyəyə maneə kimi qiymətləndirilir.
Qeyd edək ki, UEFA-nın əsas tələblərindən biri də çempionatı keçirmək istəyən ölkələrin 9 və ya 10 stadiona malik olmasıdı. Bu arenalardan ikisi minimum 50 min, üçü ən az 40 min, dördü isə ən az 30 min azarkeş tutumlu olmalıdı. Apasport.az