Teatrının yaradıcı heyəti mükafatlandırıldı

Prezident İlham Əliyev “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən Gənc Tamaşaçılar Teatrının da bir qrup yaradıcı heyəti mükafata layiq görülüb.

Prezident İlham Əliyev "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamına əsasən Gənc Tamaşaçılar Teatrının da bir qrup yaradıcı heyəti mükafata layiq görülüb.

Teatrdan "Olaylar" - a bildirilib ki, Azərbaycan milli teatr sənətinin inkişafındakı xidmətlərinə, səhnə fəaliyyətlərindəki nailiyyətlərə görə Əməkdar Artistlər Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov, Nicat Kazımov, Vahid Əliyev, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Prezident mükafatına layiq görülüblər.

Bununla əlaqədar teatrının rəhbərliyi ölkə başçısına təşəkkür məktubu ünvanlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31