Zeynəb Xanlarova: “Türkün gücünü görən Avropa Şurasının bu qərəzli qərarını başa düşmək olar”
“Türkün gücünü görən Avropa Şurasının bu qərəzli qərarını başa düşmək olar”. “Olaylar” xəbər verir ki, Milli Məclisin iclasında AŞPA-nın Türkiyə haqqında qərarı haqda danışan millət vəkili Zeynəb Xanlarova belə deyib.
2 May 2017 13:24 Dünya"Türkün gücünü görən Avropa Şurasının bu qərəzli qərarını başa düşmək olar". "Olaylar" xəbər verir ki, Milli Məclisin iclasında AŞPA-nın Türkiyə haqqında qərarı haqda danışan millət vəkili Zeynəb Xanlarova belə deyib. Z.Xanlarova AŞPA-nın Türkiyəyə qarşı qərarının qəbuledilməz olduğunu bildirib: "Bu qərar bütün Azərbaycan xalqını qəzəbləndirib. Hər bir azərbaycanlı Avropaya etiraz məktubu göndərmək istəyir. Parlament buna qarşı sərt olmalıdır. Çünki bu gün Türkiyəyə vurulan zərbə sabah Azərbaycana dəyəcək. Azərbaycanı Türkiyəsiz təsəvvür etmək olmaz. Həmişə Azərbaycanın başı problemdə olanda birinci Türkiyə ayağa qalxıb. Xahiş edirəm bu məsələ haqqında Avropa Şurasına parlamentin adından etiraz məktubu göndərilsin".