Yeni platforma tikilir
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.
2 May 2017 12:34 Sosial"Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Darvin bankası" yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı "Neftqaztikinti" Trestidir.16 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək. Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 2 minik meydançası, 4 yanalma meydançası, 1 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcək. Özülün tikintisi üçün 3134 ton metal sərfi nəzərdə tutulub. Artıq özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. Hazırda "Neftqaztikinti" Trestinin Zığ istehsalat sahəsində dayaq bloklarının inşası davam etdirilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.