ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq

ABŞ cari ildə Əfqanıstan ərazilərinin İŞİD terror qruplaşmasından azad edilməsini planlaşdırır. Bunu Birləşmiş Ştatların bu ölkədəki Silahlı Qüvvələrinin nümayəndəsi Bill Salvin bəyan edib.

ABŞ cari ildə Əfqanıstan ərazilərinin İŞİD terror qruplaşmasından azad edilməsini planlaşdırır. Bunu Birləşmiş Ştatların bu ölkədəki Silahlı Qüvvələrinin nümayəndəsi Bill Salvin bəyan edib.

O qeyd edib: "Bizim 2017-ci ildə onları (İŞİD terrorçuları - red.) məhv etmək üçün yaxşı şansımız var". B.Salvinin sözlərinə görə, bundan əvvəl regionda 2500-3000 İŞİD terrorçusu var idisə, əməliyyatlar nəticəsində onların sayı hazırda 800 nəfərədək azalıb.

Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31