Gündəm
İş dünyasının tanınmışları UNEC tələbələri ilə görüşür
Türk dünyasının tanınmış iş adamlarının UNEC tələbələri ilə görüşünə start verilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşlərdə iş dünyasının tanınmış simaları öz biznes təcrübələrini UNEC tələbələri ilə bölüşəcəklər. Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb.
Palçıq vulkanında püskürmə baş verib- YENİLƏNİB
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Lökbatan palçıq vulkanının püskürdüyü əraziyə baxış üçün yollanıb.
Bərdədə 125 kq at əti zərərsizləşdirilib
Xəbər verdiyimiz kimi, 27 aprel 2017-ci il tarixində alınmış məlumat əsasında Bərdə Rayon Polis Şöbəsi və Bərdə Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçirmişlər.
Mərkəzi Bank makroiqtisadi prosesləri müzakirə edib
Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilib. MB-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda son makroiqtisadi proseslər geniş müzakirə olunub. Müzakirələrdə makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyəti və başlıca makroiqtisadi risklər nəzərdən keçirilib.
Milli dəyərlərimiz beynəlxalq səviyyədə təbliğ olunacaq
“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli dəyərlərimizin beynəlxalq səviyyədə təbliği” layihəsinin icrasına başlanılıb.
ABŞ oliqarxlara sanksiya tətbiq edir
Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri zamanı seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə iştirakına qadağa qoyulur.
Ermənistanda əxlaqsızlıq yuvası: qadınlarının xilas yolu
Ermənistanın paytaxtı Yeravanda masaj salonlarından birinin sahibi Saak Davtyan 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. İttihamnamədə qeyd edilir ki, salon sahibi üç qadın masajçını məhz intim xidmətlər də həyata keçirdiyinə görə işə götürübmüş. Qadınlardan birinin 21, daha ikisinin isə 23 yaşı var.
Keçən ay Təhsil Nazirliyinin “Qaymar xətt”inə 14146 zəng daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Ermənilər mövqelərimizə 3 mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (3 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində, Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Qazaxıstanlı siyasi mühacir-oliqarxın cinayətkar imperiyası sona yaxınlaşır
Ötən saylarımızda Qazaxıstandan olan siyasi mühacir-oliqarx, İnterpol tərəfindən axtarılaraq həbs edilən Muxtar Ablyazov barəsində London Ali Məhkəməsi tərəfindən həbs qətimkan qərarı çıxarılması barədə məlumat vermişdik. Lakin faktların yetərsizliyi məhkəməyə oliqarxın cinayət əməllərini tam sübuta yetirməyə imkan vermirdi.Görünür, bu işdə bəzi siyasi motivlərin olması da öz sözünü deyir .
Ev sahibi mənzilində külə dönüb
Ölkə paytaxtında yanğın hadisəsi qeydə alınıb.“Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərin Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.Yanğın kəşfiyyatı zamanı ev sahibi 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fiziki şəxslərin bankdakı vəsaiti niyə sığortalanmır?
Nağdlaşdırma ilə bağlı tətbiq edilən qadağalardan sonra sahibkarlar vəsaitlərinin əhəmiyyətli hissəsini bank hesablarında saxlamaq məcburiyyətindədirlər. Sahibkarların prosesə hansı səviyyədə hazır olması və eləcə də mövcud infrastrukturun bu prosesi necə dəstəkləməsi məsələlələri artıq müzakirə edilib.
Səfirliklərdəki ticarət nümayəndələrinə diplomatik rütbə veriləcək
Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarda ticarət nümayəndələrinə diplomatik rütbə verilməsi ilə bağlı bir sıra qanunlara dəyişiklik nəzərdə tutulur. “Olaylar” xəbər verir ki, bununla bağlı “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” qanunlara dəyişiklik nəzərdə tutulub.
Deputat: “Rus diplomatiyasının dili daha açıq, kobud və səmimidir…”
“Avropa diplomatiyasından fərqli olaraq rus diplomatiysının dili daha açıq, kobud və səmimidir. Niyyət açıqca ifadə olunur və bu niyyətin gücə dayandığı gizlədilmir. Bunun bir nümunəsini də Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin deyimində sezirik”.
Milli Məclis 13 məsələni müzakirə edəcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında 13 məsələ müzakirə olunacaq. “Olaylar” xəbər verir ki, parlamentarilər plenar iclasda “Turizm haqqında” qanun layihəsini, “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, eyni zamanda Azərbaycanla Latviya arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sənədi təsdiq edəcəklər.













