Səfirliklərdəki ticarət nümayəndələrinə diplomatik rütbə veriləcək
Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarda ticarət nümayəndələrinə diplomatik rütbə verilməsi ilə bağlı bir sıra qanunlara dəyişiklik nəzərdə tutulur. “Olaylar” xəbər verir ki, bununla bağlı “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” qanunlara dəyişiklik nəzərdə tutulub.
2 May 2017 11:25 SosialAzərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarda ticarət nümayəndələrinə diplomatik rütbə verilməsi ilə bağlı bir sıra qanunlara dəyişiklik nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, bununla bağlı "Diplomatik xidmət haqqında" və "Pasportlar haqqında" qanunlara dəyişiklik nəzərdə tutulub. Adıçəkilən qanunlara dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq. Belə ki, "Diplomatik xidmət haqqında" Qanunun 9.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə, bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qaydada, ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir".Bununla əlaqədar olaraq "Pasportlar haqqında" Qanuna da müvafiq dəyişikliklər nəzərdə tutulub.