Qazaxıstanlı siyasi mühacir-oliqarxın cinayətkar imperiyası sona yaxınlaşır
Ötən saylarımızda Qazaxıstandan olan siyasi mühacir-oliqarx, İnterpol tərəfindən axtarılaraq həbs edilən Muxtar Ablyazov barəsində London Ali Məhkəməsi tərəfindən həbs qətimkan qərarı çıxarılması barədə məlumat vermişdik. Lakin faktların yetərsizliyi məhkəməyə oliqarxın cinayət əməllərini tam sübuta yetirməyə imkan vermirdi.Görünür, bu işdə bəzi siyasi motivlərin olması da öz sözünü deyir .
2 May 2017 11:33 DünyaLondonda mühakimə edilən Muxtar Ablyazovun ekstradisiyası yenidən gündəmə gəlir
Ötən saylarımızda Qazaxıstandan olan siyasi mühacir-oliqarx, İnterpol tərəfindən axtarılaraq həbs edilən Muxtar Ablyazov barəsində London Ali Məhkəməsi tərəfindən həbs qətimkan qərarı çıxarılması barədə məlumat vermişdik. Lakin faktların yetərsizliyi məhkəməyə oliqarxın cinayət əməllərini tam sübuta yetirməyə imkan vermirdi.Görünür, bu işdə bəzi siyasi motivlərin olması da öz sözünü deyir. Belə ki, son vaxtlar bəzi avropalı siyasətçilər arasında məhkəmə sisteminə qarışmaq meylləri artmaqdadır. Ən təhlükəlisi isə odur ki, onların bu xidmətlərindən çinayətkar aləmin nümayəndələri də öz xeyirinə istifadə etməkdədirlər. Yerli mətbuatda yer alan məqalədə bildirilir ki, bu yaxınlarda Avropa Parlamentinin bir qrup deputatı İnterpola müraciət edərək Qazaxıstandan olan oliqarx, sabiq bankir Muxtar Ablyazov və onun cinayət ortaqları barəsində qəbul edilən "qırmızı sirkulyar" axtarış qərarının götürülməsini xahiş ediblər. Maraqlısı isə odur ki, bu təşəbbüs vaxtilə Muxtar Ablyazovun maliyyə vəsaiti hesabına yaradılan "Açıq dialoq" fondu tərəfindən dəstəklənib. Böyük Britaniyadan olan deputat Culya Uord tərəfindən hazırlanan məktubu həmçinin, estoniyalı deputatlar Mariya Lauristina və Tuniya Kela, eləcə də çexiyalı Tomaş Zdexovski imzalayıblar. Xatırlatmaq yerinə düşər ki, "Açıq dialoq" fondu 2009-cu ildə Polşada yaradılıb və postsovet ölkələrindən yalnız Qazaxıstan, Rusiya və Ukraynada demokratik proseslərin araşdırılması üzrə "ixtisaslaşıb". Məsələnin maraqlısı də elə ondadır ki, məhz həmin bu üç ölkə Muxtar Ablyazovun cinayətkar dəstəsinin əməllərindən ən çox ziyan görüblər və onun bu ölkələrdən birinə ekstradisiya olunması uğrunda aktiv mübarizə aparırlar. "Açıq dialoq" fondunun əla aldığı avropalı parlamentarilərin ortaya atdıqları əsas ideya isə ondan ibarətdir ki, guya M.Ablyazovun təqib olunması siyasi xarakter daşıyır. Və o guya Qazaxıstanın hazırkı hakimiyyətinin siyasi rəqibidir. Amma, qəribəsi odur ki, təkcə Qazaxıstanın deyil, bir sıra ölkələrin, o cümlədən Rusiya, Ukrayna və Böyük Britaniyanın məhkəmə orqanları da təsdiq edirlər ki, Astananın Muxtar Ablyazov barədəsinda maliyyə fırıldaqçılığına dair qaldırdığı ittiham tam ədalətdir.
.jpg)
Qeyd etmək yerinə düşər ki, London Ali Məhkəməsi hələ 2012-ci ildə M.Ablyazovu "Bank Turan Alem"ə (BTA) maddi zərər vurmaqda günahlandırıb. Bundan əlavə, məhkəmə Ablyazovun silsilə maliyyə fırıldaqları təşkil etməklə, bankın aktivlərini Britaniyaya məxsus Vincin adalarındakı saxta şirkətlərin hesablarına köçürülməsini də təsdiqləyib. Məhkəmə , həmçinin "köhnə tarixlə" sənədləri saxtalaşdırmaq, eləcə də saxta sənədlər tərtib etməklə bankın vəsaitlərini mənimsəmək iddiaları ilə Ablyazov barəsində hökm çıxarıb. Bundan əlavə, London Ali Məhkəməsinin hakimləri isbat edə biliblər ki, maliyyə sövdələşməllərin həyata keçirildiyi bütün şirkətlər- "Drey Associates Limited", "İnterfunding Facilities Limited", "AMK-İnvest" Layihə-tikinti şirkəti MMC, "Turan Alem Kapital" MMC , "Zrl Beteiligungs AG" və başqaları məhz M.Ablyazovun nəzarətində olublar. Hələ 5 il bundan əvvəl London Ali Məhkəməsi M.Ablyazovun BTA-ya 2,1 milyard ABŞ dolları zərər vurmaq barəsində hökm çıxarıb. Yerli mətbuatın yazdığına görə, bu, M.Ablyazovun törətdiyi maliyyə fırıldaqlarının yalnız cüzi bir hissəsidir. Belə ki, London Ali Məhkəməsi onun digər cinayət əməllərini araşdırmaqda davam edir. Britaniya məhkəmələri M.Ablyazov və onun cinayətkar dəstəsi tərəfindən ümumilikdə 4,3 milyard ABŞ dolları dəyərində maliyyə fırıldaqlarında iştirak etmələri barədə faktı müəyyənləşdiriblər. Həmçinin, o da sübuta yetirilib ki, BTA-dan həmin maliyyə vəsaitləri tranmilli cinayətkar dəstə tərəfindən dünyanın 10 ölkəsindəki 1300 ofşor şirkətlər vasitəsilə, fırıldaq yolu ilə Qazaxıstandan çıxarılıb. Odur ki, hazırda Britaniya məhkəmələri həmin faktlar üzrə istintaq hərəkətlərini davam etdirirlər.
Artıq düz beş ildir ki, Britaniya məhkəmələri tərəfindən hərtərəfli araşdırıldıqdan sonra, M.Ablyazovun mühacir statusu ləğv edilib, onun siyasi mühacir deyil, məhz beynəlxalq miqyaslı maliyyə fırıldaqçısı kimi, barəsində həbs qətiimkan tədbiri seçilib. Yeri gəlmişkən xatırladaq ki, bir qədər əvvəl digər bir ölkə-Fransa da M.Ablyazovu maliyyə fırıldaqçılığında ittiham edərək, onun barəəsində həbs qərarı çıxarmışdı. Cinayəti yerli-yataqlı araşdıran məhkəmə onun Rusiyaya ekstradisiyasına da razılıq vermişdi. Bununla bağlı Fransanın o zamankı baş naziri Manuel Vals 2015-ci ilin sentyabrında hətta fərman belə imzalamışdı. Qazaxıstan mətbuatının yazdığına görə, M.Ablyazovun Fransadakı əlaltılarının aktiv fəaliyyəti və elisey sarayından yayılan şayələrə görə, guya Dovlət Şurasında qərarların qəbul olunmasına təsir etmək imkanı olan bəzi siyasətçilərin "ələ alınması" sayəsində , cinayətkarın ölkədən deportasiya edilməsi təxirə salınıb. Qəribəsi isə odur ki, M.Ablyazovun Rusiyaya təhvil verilməsinin səbəbini bu dəfə də siyasi təqib məsələsi ilə bağlayıblar. Lakin Rusiya, eləcə də digər ölkələrin məhkəmələri tərəfindən sübuta yetirilib ki, M.Ablyazovun Rusiya Federasiyası maliyyə strukturlarına vurduğu ziyanın məbləği bir neçə milyard ABŞ dollarını aşır. Təkcə Moskvadakı "AMTBank"dan Ablyazov bir neçə milyard ABŞ dolları çıxara bilib. Bu zaman oğurluq sxemi çox sadə olub: "AMTBank" digər banklardan, o cümlədən Qazaxıstandakı BTA və Bank "Rusiya"dan girovsuz kreditlər götürüb. Bu zaman Bank "Rusiya" 2008-ci ildə "ATMBank"a 800 milyon ABŞ dolları dəyərində girovsuz kredit verib. Növbəti mərhələdə həmin kreditlər ABŞ-ın "Morqan Chase" bankına köçürülərək, oradan da tranzit kimi "American Ekpress"ə ötürülüb. Bundan əlavə, həmin pul vəsaitlərinə M.Ablyazov saxta şirrkətlər vasitəsilə Rusiya, Ukrayna və Avropada müxtəlif aktivləri satın alıb.
M.Ablyazov imperiyasının genişlənməsində BTA-nın törəmə bankları da aktiv iştirak ediblər. "BTA-Russiya", "BTA-Kazan", " BTA-Ukrayina", İPQ"Avrasiya" və s. qurumlar "Krasnoyarskkomür" və Vitino limanının səhmlərinin alınması layihələrində fəallıq göstəriblər. Qeyd etmək yerinə düşər ki, bütün bu cinayətkar sxem müxtəlif ölkələrin, o cümlədən Böyük Britaniya və Fransanın istintaq orqanları tərəfindən tamamilə araşdırılaraq təsdiqlənib. Qazaxıstana gəlincə isə bu ölkə M.Ablyazovun cinayətkar əməllərindən digər ölkələrdən daha çox ziyan görüb. Onun fırıldaq və kriminal strukturları tərəfindən ölkəyə dəyən maliyyə zərərinin həcmi 7,5 milyard ABŞ dollarını ötür. Yerli mətbuatın yazdığına görə, bu günlərdə Qazaxıstanda keçmiş oliqarx və onun top-menecerlərinin işi üzrə əsas istintaq araşdırılmasına başlanılıb. İstintaqla müəyyən edilib ki, M.Ablyazov beynəlxalq maliyyə institutları, eləcə də vətəndaşlardan rəhbərlik etdiyi banka kütləvi surətdə istiqrazlar toplayıb. Və dərhal da bütün həmin vəsaitləri kreditlər şəklində öz cinayətkar şəbəkəsi vasitəsilə ofşor şirkətlərin hesabına köçürərək ölkədən çıxarıb. Bu cinayətin sxemi çoxsaylı şahidlər istintaqa verdikləri ifadələrində təsdiqləyiblər. Onun ortaqlarından bəziləri, o cümlədən BTA-nın İdarə Heyətinin sədr müavini olmuş J.Jarimbetov istintaqa verdiyi ifadəsində öz günahını boynuna alıb.
Digər şahidlər də bildiriblər ki, oğurlanan çirkli pulların böyük hissəsinin yuyulmasında Britaniya şirkəti olan "East Brige Captal Limited" də fəal iştirak edib. Bu şirkət 2003-cü ildə Londonda qeydiyyatdan keçib və mərkəzi ofisi Moskva şəhərində yerləşib. Doğrudur, şirkət Qazaxıstandan pulların oğurlanmasında birbaşa iştirak etməyib. Amma buna baxmayaraq, onun rəhbərliyi M.Ablyazovun ən etibarlı tərəfdaşları olublar. İddia aktında qeyd olunur ki, "East Brige Captal Limited" şirkəti bütün çirkli pulların yuyulması və onların idarə edilməsində sərmayəçi holdinq kimi çıxış edib. Bu cinayətkar dəstənin bir neçə ölkəyə vurduğu maliyyə zərərinin ümumi miqdarı 12 milyard ABŞ dollarını aşır. Həmin vəsaitlər Qazaxıstan vətəndaşlarının bank hesabları və pensiya əmanətləri, beynəlxalq maliyyət institutlarının istiqrazları və şirkətlərin depozitləri, eləcə də Rusiya, Ukrayna və Qazaxıstanın dövlət orqanlarının istiqrazlarından ibarət olublar. Odur ki, belə yüksək rütbəli və beynəlxalq miqyaslı bir fırıldaqçı barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan olunması tam anlaşılandır.
Məqalədə həmçinin qeyd olunur ki, Avropada hələ də inkişaf etməkdə olan ölkələrə inamsız baxmaqda davam edirlər. Hesab edirlər ki, bu ölkələrdə insan hüquqları və demokratiya hələ kifayət qədər inkişaf etməyib. Avropa İttifaqına üzv olan ölkələrinə qaçan fırıldaqçılar da məhz bu amildən öz xeyirləri üçün istifadə edirlər. Nəşrdə qeyd olunur ki, Aİ-yə daxil olan ölkələrin siyasətçilərinin heç də hamısının korrupsiya ilə mübarizə apardığını söyləmək olmaz. Çünki görünən odur ki, onlar öz fəaliyyətləri ilə inkişaf etməkdə olan ölkələrdən olan korrupsionerlərin ədalət məhkəməsindən yaxa qurtarmalarına şərait yaradırlar. Amma, işin qəribəsi də elə odur ki, bu, həmin ölkələrdə korrupsiyaya qarşı dözümsüzlülüyün təbliğ edildiyi bir vaxtda baş verir. Başqa sözlə desək, ikili standartlar aşkar görünür. Bu isə ya onların inkişaf etməkdə olan ölkələrin müasir dünyadakı rolunun birmənalı qarşılanmamasından, ya bütün postsovet məkanına qarşı yeni "soyuq müharibə"nin davam etdirilməsindən, ya da ki, elə həmin siyasətçilərin korrupsiyaya qurşanmasından xəbər verir. Məqalədə bir daha xatırladılır ki, Beynəlxalq Polis Təşkilatı anlandırılan İnterpol məhz bütün ölkələrdən olan cinayətkarların tez bir zamanda aşkar olunaraq yaxalanması məqsədilə yaradılan bir təşkilatdır. Və İnterpola üzv olan 190 ölkədən hər birinin adına "qırmızı silkulyar" deyilən sorğu ilə bu quruma müraciət edərək, cinayət törətməkdə təqsirli bilinən və digər ölkələrin ərazisində yaşayan şəxslərin yerinin aşkar edilərək, tutulması və həmin ölkəyə ekstradisiya olunmasını tələb etmək hüququ vardır. Odur ki, M.Ablyazovun barəsində Qazaxıstan tərəfinin qaldırıdğı iddia tam əsaslıdır və cinayətkarın bu ölkəyə, yaxud da Rusiya ekstradisiya olunacağı gün çox da uzaqda görünmür.
Alim