Palçıq vulkanında püskürmə baş verib- YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Lökbatan palçıq vulkanının püskürdüyü əraziyə baxış üçün yollanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Lökbatan palçıq vulkanının püskürdüyü əraziyə baxış üçün yollanıb.

Şöbənin müdiri Adil Əliyev bildirib ki, püskürən vulkanla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq. Ondan sonra vulkanın püskürmə səbəbi bəlli olacaq. Lent.az

***

Səhər saat 8- radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil. Hazırda, vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31