Milli dəyərlərimiz beynəlxalq səviyyədə təbliğ olunacaq

“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli dəyərlərimizin beynəlxalq səviyyədə təbliği” layihəsinin icrasına başlanılıb.

"Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Milli dəyərlərimizin beynəlxalq səviyyədə təbliği" layihəsinin icrasına başlanılıb. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin 3 ay müddətində əsas iki istimaqətdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci istiqamət Azərbaycanın milli maraqlarının əsasını təşkil edən milli dəyərlərimizin qorunması və geniş maarifləndirilmənin təmin olunması məqsədi ilə kitabçanın hazırlanmasıdır. İkinci istiqamət isə beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların köməyi ilə kitabçanın və digər metodoloji vəsaitlərin müxtəlif ölkələrdə yayılması işinin koordinasiya olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31