ABŞ Ermənistana sanksiya tətbiq edəcək
Amerika Birləşmiş Ştatları Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı pozuntulara yol vermiş şəxslərin hökumət tərəfindən maliyyələşdirilən proqramlarda iştirakını qadağan edəcək. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, ABŞ nümayəndləri seçki prosesində rüşvət, seçicilərə təzyiq faktları qeydə alıblar. Səfir bu faktların digər beynəlxalq təşkilatlar tərəfindən də aşkar edildiyini bildirib: "Biz hökumətimizi bütün bu faktlarla bağlı geniş araşdırma aparmağa çağırmışıq".
2 May 2017 12:16 DünyaAmerika Birləşmiş Ştatları Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı pozuntulara yol vermiş şəxslərin hökumət tərəfindən maliyyələşdirilən proqramlarda iştirakını qadağan edəcək. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, ABŞ nümayəndləri seçki prosesində rüşvət, seçicilərə təzyiq faktları qeydə alıblar. Səfir bu faktların digər beynəlxalq təşkilatlar tərəfindən də aşkar edildiyini bildirib: "Biz hökumətimizi bütün bu faktlarla bağlı geniş araşdırma aparmağa çağırmışıq".
Qeyd edək ki, aprelin 2-də Ermənistanda qanun pozuntuları ilə müşayiət olunan parlament seçkiləri keçirilib. Trend.az