Gündəm

Rusiyada qarlı qış qayıtdı - VİDEO

8 May 2017 12:40

Azərbaycanın şimal qonşusunda qarlı qış geri qayıdıb. Rusiyanın paytaxtı Moskvada may ayında qar yağıb.  Proqnozlara görə, buludlu, küləkli hava şəraiti gün ərzində də davam edəcək. Sinoptiklər qar yağışının bu gün də davam edəcəyini açıqlayıblar. Minlərlə azərbaycanlının yaşadığı şəhərdə maksimal temperatur isə 3 dərəcə olacaq. 

Səda Sayanla Esra Erolun verilişi birləşəcək

8 May 2017 12:35

Evlilik proqramları ilə bağlı çıxan qərar iki keçmiş rəqibi birləşdirib.  Səda Sayan və Esra Erol birlikdə proqram aparacaq.

Lavrov: “Başqa alternativ yoxdur”

8 May 2017 12:34

"Kiyev Minsk razılaşmalarının icrasını sabotaj edir və tədbirlər kompleksinin siyasi hissəsini yerinə yetirmir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Mir” telekanalına müsahibəsində bildirib. 

Tarkan həyat yoldaşı üçün hotelin ən bahalı nömrəsində bunu etdi

8 May 2017 12:31

Tarkan xanımı Pınar Diləyə möhtəşəm sürpriz hazırlayıb.  Meqa ulduz evliliklərinin ilk ildönümü münasibətilə həyat yoldaşı üçün məşhur hotelin ən bahalı nömrəsində romantik şam yeməyi hazırlatdırıb. Romantik gecədə çəkilmiş fotoları Tarkan sosial şəbəkdə paylaşıb. Ulduz paylaşdığı fotolara xanımına ürək sözlərini qeyd edib: “İlk evlilik dönümünü qeyd etdik. Canım Pınarımla daha neçə illər evlilik il dönümlərini qeyd edərik inşallah!”.

Netanyahu Suverenlik Aktını cıraraq zibil qutusuna atdı 

8 May 2017 12:30

İsrailin Baş naziri Benyamin Netanyahu İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Xalid Meşalın yaydığı siyasi bəyanatın (Suverenlik Aktının) mətnini cıraraq zibil qutusuna atıb.

Ekspert: “Bakı forumu gözəl ideya və fikirlər verib”

8 May 2017 12:28

“Bakıda işini yekunlaşdıran IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hesab edirəm ki, bir sıra məqamları ilə uzun müddət həm müzakirə üçün mövzular açacaq, həm də forumun gündəliyində səslənən fikirlər daha yeni ideyaların müzakirə və həyata keçirilməsi üçün zəmin yaradacaq”. Bunu müstəqil hərbi eskpert Üzeyir Cəfərov deyib.

MEK – də Dissertasiyalar və avtoreferatlar fondunun təqdimatı

8 May 2017 12:26

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Dissertasiyalar və avtoreferatlar fondunun təqdimatı keçirilib. Mərkəzədn “Olaylar” – a bildirlib ki, təqdimatçı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Alidə Həsənova kitabxanaya daxil olan dissertasiyalar haqqında məlumat verdi. Dissertasiyalar müəlliflər tərəfindən kitabxananın Fondların formalaşdırılması bölməsinə çap və elektron formada təqdim olunub. A.Həsənova qeyd edib ki, sənəd Komplektləşdirmə və sistemləşdirmə bölməsində müvafiq proseduru keçdikdən sonra, Kataloqlaşdırma bölməsində işlənərək fondda öz yerini tutur. Fondda Azərbaycan, rus və ingilis dillərində dissertasiyaların mühafizə olunduğunu diqqətə çatdırıldı.  2941 ədəd azərbaycan, 3197 ədəd rus, 4 ədəd ingilis dilində dissertasiya var. İlk dissertasiya 1949-cu ilə aid olduğu məlum oldu.

Bu qadın öldürüləcək: ABŞ əsgərlərinin kabusu idi

8 May 2017 12:24

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın Rakka şəhərində olduğu təxmin edilən İŞİD tərəfdarı Salli Jonesi “sui-qəsd siyahısı”na salıb. İngilis mənşəli Jones internet üzərindən İŞİD-in döyüşçü toplamasına kömək edirdi.

XİN Şuşanın işğalı ilə bağlı bəyanat yaydı

8 May 2017 12:23

Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə əlaqədar bəyanat  verib. “Olaylar” xəbər verir ki, bəyanatda deyilir: Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşdi

8 May 2017 12:20

Çempionlar Liqasının II təsnifat mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirində Sloveniyanı "Maribor" təmsil edəcək. Mariborlular buna ölkə çempionu titulunu qazanmaqla nail olub. Darko Milaniçin yetirmələri 32-ci turda "Qoritsa" ilə məhsuldar heç-heçə (2:2) sayəsində qızıl medalları təmin edib.

Torpağına baş əyərəm ey Vətən!

8 May 2017 12:18

Dağlarına düşən şehdən , çöllərində əsən mehdən doya bilmirəm - EY VƏTƏN! Bir anamdan, bir də səndən bu dünyada doya bilmirəm, doya bilmirəm -EY VƏTƏN !

AXCP və Müsavat – siyasi düşmənçilikdən amansız biznes rəqabətinə doğru SİYASİ ARAŞDIRMA+FAKTLAR

8 May 2017 12:15

Müxtəlif saxta yollarla Avropada sığınacaq almağa çalışan şəxslərin hələ sentyabr ayında Fransanın Strasburq şəhərində  “Azərbaycan Naminə Demokratiya” (“AND” - “Azerbaijan Needs Democracy”) adlı qurum yaratmalarının ardınca yeni təfərrüatlar meydana çıxmaqdadır. Xatırladaq ki, adıçəkilən qurum təsis edilərkən, orada “Milli Şura”nın sədri Cəmil Həsənli, eyni zamanda həmin təşkilatın koordinasiya şurasının üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu da iştirak edib. Yeri gəlmişkən, Müsavat partiyasının “Milli Şura”da təmsil olunmamasına baxmayaraq, T.Yaqublu həmin təşkilatda koordinasiya şurasının üzvü olaraq qalmaqdadır.

Yaponiya KXDR-in yeni təxribat edəcəyini istisna etmir

8 May 2017 12:05

Yaponiya hökuməti KXDR-in yaxın gələcəkdə yeni təxribat əməliyyatlarını həyata keçirə biləcəyini istisna etmir. Bu haqda Yaponiyanın baş naziri Sindzo Abe parlamentdə çıxışı zamanı deyib.

Suraxanı yolunda hərəkət qismən məhdudlaşdırılır

8 May 2017 12:00

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Suraxanı yol ayrıcından Suraxanı dairəsinədək olan ərazidə (Etibar Bəkirov küçəsinin bir hissəsi) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qismən məhdudlaşdırma yalnız təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək. Sürücülərdən sözügedən ərazidə xüsusən sutkanın qaranlıq saatlarında diqqətli olmaları xahiş olunur və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Torpağını satan, vətəninə xəyanət edən şəxslərə qarşı güzəşt ola bilməz

8 May 2017 11:57

Tərtər rayonu istiqamətində yerləşən hərbi bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı təxribat fəaliyyəti həyata keçirən, erməniyə satılan, xalqına, dövlətinə, torpağına və vətəninə xəyanət edən şəxslərin həbs edilməsi gözəl xəbərdir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib.