Torpağını satan, vətəninə xəyanət edən şəxslərə qarşı güzəşt ola bilməz

Tərtər rayonu istiqamətində yerləşən hərbi bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı təxribat fəaliyyəti həyata keçirən, erməniyə satılan, xalqına, dövlətinə, torpağına və vətəninə xəyanət edən şəxslərin həbs edilməsi gözəl xəbərdir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib.

Razi Nurullayev: "Onların ən yüngül cəzası güllələnmədir"

Tərtər rayonu istiqamətində yerləşən hərbi bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı təxribat fəaliyyəti həyata keçirən, erməniyə satılan, xalqına, dövlətinə, torpağına və vətəninə xəyanət edən şəxslərin həbs edilməsi gözəl xəbərdir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib. O, təəssüf hissi ilə bildirib ki, bu şəbəkə müəyyən müddət ərzində fəaliyyət göstərə bilib və ola bilsin onların mənfur əməllərinin nəticəsində onlarla günahsız əsgərlərimiz şəhid olub: "Hər zaman demişik və yenə də deyirik. Torpağını satan, vətəninə xəyanət edən, torpaq və ərazi bütövlüyümüz üzərindən siyasi oyunlar quran şəxslərə qarşı güzəşt ola bilməz və onların ən yüngül cəzası güllələnmədir. Məzarlarının da olması məqbul deyl. Çünki, millətinə xəyanət edənləri torpaq da öz ağuşuna qəbul etməz". Partiya sədri qeyd edib ki, bu sıradan bir hadisə deyil və nə qədər ağrılı olsa da bu xəyanətlə bağlı xalqa daha geniş məlumat verilməlidir: "Millət bilməlidir ki, bu xəyanəti törədənlər kimlərdir, onların arxasında kimlər dayanır və göstərişlər kimdən gəlib. Gizliliyin saxlanması xalqda şübhəli suallar doğura da bilər. Onun üçün də təklif edirik ki, xəyanətkar dəstə üzvləri açıq məhkəmədə dindirilsinlər. Qoy Azərbaycanın müxtəlif guşələrində xalq məhkəmə prosesin böyük ekranlardan izləsin. Bu kimi ekranlar demək olar ki, bütün rayonlarda və ictimai yerlərdə mövcuddur. Açıq məhkəmə dövlət televizyasında nümayiş etdirilsin və ölkə boyu böyük ekranlarda göstərilsin. Xalq xəyanətkarlarını da, qəhrəmanlarını da üzdən tanımalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31