MEK – də Dissertasiyalar və avtoreferatlar fondunun təqdimatı

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Dissertasiyalar və avtoreferatlar fondunun təqdimatı keçirilib. Mərkəzədn “Olaylar” – a bildirlib ki, təqdimatçı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Alidə Həsənova kitabxanaya daxil olan dissertasiyalar haqqında məlumat verdi. Dissertasiyalar müəlliflər tərəfindən kitabxananın Fondların formalaşdırılması bölməsinə çap və elektron formada təqdim olunub. A.Həsənova qeyd edib ki, sənəd Komplektləşdirmə və sistemləşdirmə bölməsində müvafiq proseduru keçdikdən sonra, Kataloqlaşdırma bölməsində işlənərək fondda öz yerini tutur. Fondda Azərbaycan, rus və ingilis dillərində dissertasiyaların mühafizə olunduğunu diqqətə çatdırıldı.  2941 ədəd azərbaycan, 3197 ədəd rus, 4 ədəd ingilis dilində dissertasiya var. İlk dissertasiya 1949-cu ilə aid olduğu məlum oldu.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Dissertasiyalar və avtoreferatlar fondunun təqdimatı keçirilib. Mərkəzədn "Olaylar" - a bildirlib ki, təqdimatçı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Alidə Həsənova kitabxanaya daxil olan dissertasiyalar haqqında məlumat verdi. Dissertasiyalar müəlliflər tərəfindən kitabxananın Fondların formalaşdırılması bölməsinə çap və elektron formada təqdim olunub. A.Həsənova qeyd edib ki, sənəd Komplektləşdirmə və sistemləşdirmə bölməsində müvafiq proseduru keçdikdən sonra, Kataloqlaşdırma bölməsində işlənərək fondda öz yerini tutur. Fondda Azərbaycan, rus və ingilis dillərində dissertasiyaların mühafizə olunduğunu diqqətə çatdırıldı.  2941 ədəd azərbaycan, 3197 ədəd rus, 4 ədəd ingilis dilində dissertasiya var. İlk dissertasiya 1949-cu ilə aid olduğu məlum oldu.

MEK - in direktoru Leyla İmanova son zamanlar keçirilən təqdimatların formal formatdan çıxdığını,  müxtəlif zallarda təqdim edildiyini vurğulayıb. MEK komandasının multiprofilli komanda olduğunu dilə gətirən direktor, əməkdaşların mənbələri elektronkataloqa sürətlə və peşəkarlıqla daxil etdiklərini vurğuladı. Təqdimatda iştriak edən AMEA Fəlsəfə İnstitutunun elmi işçisi Əntiqə Paşayeva, AMEA Tarix İnstitutunun əməkdaşı Yaqut Əmirova  MEK-in peşəkar personalını,  imkanlarının genişliyini,  yeni texnologiya ilə təchiz edilmiş zallarını yüksək qiymətləndirdilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31