Gündəm

Türkiyədə fahişəlik edən azərbaycanlı qadınların sayı şoka salır: Hər gün neçəsi...

8 May 2017 13:32

Türkiyənin Manisa şəhərində polis əxlaqsızlıqla bağlı həyata keçirdiyi əməliyyat zamanı 3-ü həyat qadını olmaqla 4 nəfər nəzarət altına alınıb.

Uşaqlara alça və çiyələk verməyin! - Valideynlərə XƏBƏRDARLIQ

8 May 2017 13:31

Məşhur pediatr Vaqif Qarayev hazırda satışda olan alça və çiyələyin uşaqlara verilməməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib.  Bu barədə danışan həkim tərkibinə kimyəvi maddələr vurulmuş meyvə və tərəvəzlərin allergik reaksiya verdiyini, mədə-bağırsaq sistemini pozduğunu bildirib: "Mövsümündə yeyilən zaman həm çiyələk, həm də alça çox faydalı giləmeyvədir. Ancaq həmin faydanı indi satışda olan sözügedən meyvələrə aid edə bilmərik. Bunu hamı bilir ki, mövsümündən qabaq satışa çıxarılan meyvələr təbii yolla yetişdirilmir. Meyvələrin yalnız görünüşü bənzəyir, nə dadı, nə də qoxusu var. Onların tərkibinə istixana şəraitində müxtəlif kimyəvi maddələr vurulur. 

“Təlimlərin siyasi və beynəlxalq cəhətdən əhəmiyyəti var”

8 May 2017 13:28

“Azərbaycanla eyni səviyyəli tərəfdaşlar kimi, NATO standartlarına uyğun hərbi təlimlər keçirirsə, bu, hərbi qurumlarımızın yüksək səviyyəli hazırlığından xəbər verir. Eyni zamanda, bu təlimlərin keçirilməsinin mühüm əhəmiyyəti döyüş taktikasının daha da mükəmməlləşməsi və mübadiləsi deməkdir”. Bunu  siyasi şərhçi Arzu Nağıyev deyib.

Əkbər Qoşalı: “Azərbaycan modelinin necəliyini bir daha nümayiş etdiririk”

8 May 2017 13:26

“Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Forum məhz Azərbaycan adı, ünvanı ilə tanınır və artıq dördüncü dəfədir keçirilir. Bunlar özlüyündə ciddi önəm daşımaqdadır. Bu arasıkəsilməz tədbir, hər dəfə respublikamızın daha yaxından tanıdılması, daha yaxşı tanıdılması, həqiqətlərimizin gərəyincə göstərilməsi baxımından əvəzsizdir. Hər dəfə bizə yeni dostlar qazandıran bu Forum, sıradan insanların deyil, nüfuzlu dövlət, elm, din, mədəniyyət xadimlərinin iştirakı ilə keçirlməsi ilə bir başqa əlamətdarlıq daşımaqdadır”. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Dəmir yolunun təsərrüfatlarına yaz baxışı keçiriləcək

8 May 2017 13:25

Mayın 10-dan etibarən “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı başlayacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, baxış zamanı təsərrüfatların, tikililərin və qurğuların saxlanma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq.

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

8 May 2017 13:22

Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. 

Gəmilərin hüquqa zidd istismarına görə cəzalar sərtləşdirilir

8 May 2017 13:16

Azərbaycana aid sularda gəmilərin beynəlxalq konvensiyalara və müvafiq icra hakimiyyəti orqanının tələblərinə zidd istismarına görə yeni cəzalar müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 307.4 maddəsinin əlavə olunması təklif edilib.

Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır

8 May 2017 13:05

Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır. Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir. Məlumatına görə, bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir.

Prezidentin fəaliyyətini təmin edən orqanların əməkdaşlarına diplomatik pasport veriləcək

8 May 2017 13:04

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

"Azərbaycan almaları Ermənistan hakimiyyətini qıcıqlandırır"

8 May 2017 13:01

Azərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib. Bunu ABŞ-ın nüfuzlu "The Hill" jurnalındakı məqaləsində Raul Louri Kontreras yazıb. Müəllif qeyd edib ki, iki ölkənin de-fakto "müharibə vəziyyətində" olmasına baxmayaraq, son həftələrdə bir çox Ermənistan sakini Azərbaycan məhsulu olan yaşıl almalar alıb.

Bakı-2017: Mərakeş qalib gəldi

8 May 2017 13:00

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün futbol yarışlarına start verilib. Millimizin də yer aldığı A qrupunda Səudiyyə Ərəbistanı və Mərakəş yığmaları qarşılaşıblar. "AZAL Arena"da baş tutan oyunda mərakeşlilər minimal hesablı qələbə qazanıblar - 0:1. Xatırladaq ki, bu gün saat 18:30-da "Bayıl Arena"da Azərbaycan - Kamerun oyunu keçiriləcək.

Unutmadım Şuşam səni...

8 May 2017 12:58

Kiçik bir mahnının böyük qəm yükü... Ya bəlkə Şuşa bu gün düşmən əlində olduğundan o belə qəmli səslənir?! Bilmirəm... Şuşa deyəndə nədənsə bu mahnı yadıma düşür həmişə... “Şuşanın dağları başı dumanlı”.100 il, 200 il öncə, ya kim bilir nə vaxt yaranan bu mahnıda niyə belə deyilir görəsən?! Uca dağların başı həmişə duman olur. Adi təbiət təsviridir bu, yoxsa,.. Yoxsa bu ən xoşbəxt günlərdə qarşıdan gələn dərdi-bəlanı duyanların həyəcan təbilidi..." Mayın 8 Şuşanın işğal günüdür. Təqvimdə bu tarixi qara rənglə işarə edirəm.

63600 manat məbləğində cərimə

8 May 2017 12:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirlikdən “Olaylar” – a bildirlir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli “məcburi göstəriş” verilib.

3 ayda  il yol qəzalarında 162 nəfər ölüb

8 May 2017 12:43

Dövlər Statistika Komitəsi 2017-cı ilin yanvar-mart aylarında avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri haqqında məlumat yayıb. "Olaylar” xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9 faiz azalaraq 573 nəfər olub.