"Azərbaycan almaları Ermənistan hakimiyyətini qıcıqlandırır"
Azərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib. Bunu ABŞ-ın nüfuzlu "The Hill" jurnalındakı məqaləsində Raul Louri Kontreras yazıb. Müəllif qeyd edib ki, iki ölkənin de-fakto "müharibə vəziyyətində" olmasına baxmayaraq, son həftələrdə bir çox Ermənistan sakini Azərbaycan məhsulu olan yaşıl almalar alıb.
8 May 2017 13:01 DünyaAzərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib. Bunu ABŞ-ın nüfuzlu "The Hill" jurnalındakı məqaləsində Raul Louri Kontreras yazıb. Müəllif qeyd edib ki, iki ölkənin de-fakto "müharibə vəziyyətində" olmasına baxmayaraq, son həftələrdə bir çox Ermənistan sakini Azərbaycan məhsulu olan yaşıl almalar alıb.
Bütün Ermənistanda, eləcə də Yerevanda satılan məhsulların üzərinə Azərbaycanın ixracat şirkəti - "DAD" şirkətinin loqoları vurulub. Məqalədə qeyd olunub ki, Ermənistan hökuməti "alma qalmaqalı"ndan o dərəcədə narahat olub ki, bütün şəhərlərə və yaşayış məntəqələrinə bu məhsulların müsadirəsini həyata keçirən agentlərini yollayıb. Trend.az