Dəmir yolunun təsərrüfatlarına yaz baxışı keçiriləcək

Mayın 10-dan etibarən “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı başlayacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, baxış zamanı təsərrüfatların, tikililərin və qurğuların saxlanma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq.

Mayın 10-dan etibarən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı başlayacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, baxış zamanı təsərrüfatların, tikililərin və qurğuların saxlanma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq. Yaz baxışı Böyük Kəsik stansiyasından başlayaraq, sonrakı hərəkət xətti Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan, Ələt-Biləcəri, Yalama-Sumqayıt, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.

Qeyd edək ki, dəmir yolunun təsərrüfatlarına yaz baxışı 10 gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31