Unutmadım Şuşam səni...

Kiçik bir mahnının böyük qəm yükü... Ya bəlkə Şuşa bu gün düşmən əlində olduğundan o belə qəmli səslənir?! Bilmirəm... Şuşa deyəndə nədənsə bu mahnı yadıma düşür həmişə... “Şuşanın dağları başı dumanlı”.100 il, 200 il öncə, ya kim bilir nə vaxt yaranan bu mahnıda niyə belə deyilir görəsən?! Uca dağların başı həmişə duman olur. Adi təbiət təsviridir bu, yoxsa,.. Yoxsa bu ən xoşbəxt günlərdə qarşıdan gələn dərdi-bəlanı duyanların həyəcan təbilidi..." Mayın 8 Şuşanın işğal günüdür. Təqvimdə bu tarixi qara rənglə işarə edirəm.

Şuşanın dağları başı dumanlı ...

Kiçik bir mahnının böyük qəm yükü... Ya bəlkə Şuşa bu gün düşmən əlində olduğundan o belə qəmli səslənir?! Bilmirəm... Şuşa deyəndə nədənsə bu mahnı yadıma düşür həmişə... "Şuşanın dağları başı dumanlı".100 il, 200 il öncə, ya kim bilir nə vaxt yaranan bu mahnıda niyə belə deyilir görəsən?! Uca dağların başı həmişə duman olur. Adi təbiət təsviridir bu, yoxsa,.. Yoxsa bu ən xoşbəxt günlərdə qarşıdan gələn dərdi-bəlanı duyanların həyəcan təbilidi..." Mayın 8 Şuşanın işğal günüdür. Təqvimdə bu tarixi qara rənglə işarə edirəm. Ağ libaslı cavan gəlinin matəm günü kimi ... Şuşanı görmək mənə qismət olmayıb. Şəkilərinə baxmışam. Vüqarlı dağlarını görəndə heyran olmuşam bu əzəmətə ... Vurulmuşam gözəlliyinə Şuşa adlı nazənin pərinin ... Vətənimin dilbər güşəsidir Şuşa ... İndi düşmən əlində inildəyir ... Bəzən yuxularıma gəlirsən .... Bağışla .. Əlim çatmır sənə .. Utanıram.. sıxılıram.. özümə qapanıram..Dağ çəkilib ürəyimə . Göz yaşım kimi süzülür bu yanıqlı misralar əlimdəki qələmimə ... 

O DAĞLARDA NƏYİM QALDI , 
UNUTMADIM ŞUŞAM SƏNİ . 
NAMƏRD ƏLDƏ ƏSİR QALDIN , 
UNUTMADIM ŞUŞAM SƏNİ. 
İŞĞAL GÜNÜN - ƏSİR GÜNÜN , 
YAD EDƏR DE KİMLƏR SƏNİ ?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31