Gəmilərin hüquqa zidd istismarına görə cəzalar sərtləşdirilir

Azərbaycana aid sularda gəmilərin beynəlxalq konvensiyalara və müvafiq icra hakimiyyəti orqanının tələblərinə zidd istismarına görə yeni cəzalar müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 307.4 maddəsinin əlavə olunması təklif edilib.

Azərbaycana aid sularda gəmilərin beynəlxalq konvensiyalara və müvafiq icra hakimiyyəti orqanının tələblərinə zidd istismarına görə yeni cəzalar müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 307.4 maddəsinin əlavə olunması təklif edilib. Əlavəyə əsasən dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə zidd olaraq gəmilrin dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlarla istismar və idarə ediməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 5000 manat cərimə olunacaqlar. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31