Netanyahu Suverenlik Aktını cıraraq zibil qutusuna atdı 

İsrailin Baş naziri Benyamin Netanyahu İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Xalid Meşalın yaydığı siyasi bəyanatın (Suverenlik Aktının) mətnini cıraraq zibil qutusuna atıb.

İsrailin Baş naziri Benyamin Netanyahu İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Xalid Meşalın yaydığı siyasi bəyanatın (Suverenlik Aktının) mətnini cıraraq zibil qutusuna atıb. Netanyahunun bu görüntüləri dünya mediasının əsas gündəm xəbərinə çevrilib. Sözügedən siyasi bəyanat ötən həftə HƏMAS lideri Xalid Meşal tərəfindən açıqlanıb. Sənəddə HƏMAS təşkilatının 1967-ci il sərhədləri daxilində qurulacaq Fələstin dövlətinə dəstək verəcəyi qeyd olunur. Xalid Meşalın yaydığı bəyanat HƏMAS-ın 1988-ci ildə yayımladığı təsis razılaşmasından sonra yayımlanan ilk siyasi sənəddir. Sözügedən sənəd 11 bölüm və 41 maddədən ibarətdir. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31