Torpağına baş əyərəm ey Vətən!

Dağlarına düşən şehdən , çöllərində əsən mehdən doya bilmirəm - EY VƏTƏN! Bir anamdan, bir də səndən bu dünyada doya bilmirəm, doya bilmirəm -EY VƏTƏN !

Dağlarına düşən şehdən , çöllərində əsən mehdən doya bilmirəm - EY VƏTƏN! Bir anamdan, bir də səndən bu dünyada doya bilmirəm, doya bilmirəm -EY VƏTƏN !

Dünən 25 mart tarixində Bakıdan döyüşçülərlə birlikdə ön cəbhəyə Talış kəndi istiqamətinə səfər edəndə, orada əsgər və zabitlərlə görüşəndə yaxından hiss etdim .... İlahi, necə şirin imiş bahar ətirli Vətən torpağım...

Dünən Bərdə rayonundakı N saylı hərbi hissədə hərbi yönümlü blogger Tofiq Şahmuradovun hazırladığı ötən ilin aprel döyüşlərindən bəhs edən "Döyüş gündəliyi -Talış" filminin təqdimatı keçirildi.

Təqdimatda korpus komandiri general -mayor Hikmət Həsənov, keçmiş döyüşçülərdən Xətai Baxışov, Abuzər Əbilov, Rey Kərimoğlu, Firudin Məmmədov, Məhi Mehtiyev, Fuad Salahovvə Səbirə Mahmudova çıxış edərək, filmin yüksək əhəmiyyətindən danışıblar.

Belə filmlərin çox olmasının vacibliyini qeyd etdilər.

Film ötən ilin uğurlarından söz açır.Aprel döyüşlərinin mahiyyəti, əldə edilən müvəfffəqiyyətli nəticə haqqında filmdə geniş məlumat verilir.

Tədbirin sonunda general-mayor Hikmət Həsənov Tofiq Şahmuradova və filmin yaradıcı heyətinə təşəkkürnamə və hədiyyə təqdim etdi .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31