Gündəm
Fransada liberal dəyərlər qatı sağçılara qalib gəldi
“Fransada liberal dəyərlər qatı sağçılara qalib gəldi. Müsyo Makron BMT Təhlükəsizlik Sırasının daimi üzvü olan nüvə dövlətinin başçısı seçildi”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Nəzakət Məmmədova bildirib ki, bu, həm dünya üçün, həm də Azərbaycan və Türkiyə üçün yaxşı xəbərdir: “BMT Təhlükəsizlik Sırasının beş daimi üzvündən biri olan nüvə dövləti, ATƏT-in Minsk qrupunun həmsədri, NATO və AB kimi təşkilatların aparıcı olkəsində radikalların hakimiyyəti yaxşı heç nə vəd etmirdi. Sağçıların liderini dəstəkləyən olkələrdən birinin Rusiya oldugu məlumdur.
Azad Rəhimov müharibə veteranları ilə görüşüb
IV İslam Həmrəyliyi oyunlarının açılışına bir neçə gün qaldığı müddətdə nazir Azad Rəhimov İslam Həmrəyliyi oyunları Əməliyyat Komitəsində Böyük Vətən Müharibəsinin bir qrup veteranı ilə görüş keçirib.
Ermənilər 109 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 109 dəfə pozub.
Bayram Səfərov: “Hər gün Şuşaya qayıtmaq istəyirik”
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü münasibətilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, bir qrup millət vəkili, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanı ziyarət edib.
Bakıda sevgililərə hökm oxundu - 9 il cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən sevgililər - Fərid Əhmədov vəNigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda fantastik cərimə məbləği - 3 aya 15 milyon
Azərbaycanda polis 3 aya vətəndaşlara 15 milyon cərimə yazıb. Bu barədə Dövlət Statistika Komitəsinin 2017-cı ilin yanvar-mart aylarında yaydığı hesabatda qeyd olunub.
Aralıq dənizində 80 miqrant batdı
Qeyri-leqal yolla Avropaya keçmək istəyən miqrantların batması ilə nəticələnən daha bir irimiqyaslı gəmi qəzası baş verib. Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi batıb.
"Çelsi"nin ev sınağı
İngiltərə Premyer Liqasında XXXVI tura start verilib. Turun ilk oyununda çempionluq uğrunda mübarizəni davam etdirən "Tottenhem" "Vest Hem"in qonağı olub. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.
12 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçəcək
11-16 may 2017-ci il tarixlərində Qax Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək.
Türkiyədə ağır qəza: ölən və xeyli sayda yaralı var
Türkiyənin Çorum əyalətində avtobusun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 38 nəfər yaralanıb. Hadisə əyalətin Mecitözü rayonunun Elvan Çelebiyaşayış məntəqəsi yaxınlığında baş verib. İnformasiyaya əsasən, avtobus Antalyadan Tokata doğru hərəkət edirmiş. Hadisənin səbəbləri araşdırılır.
"Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir"
Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənə halını alıb və dünya ictimaiyyətinin diqqətini cəlb edir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, tarix sübut edib ki, mədəniyyətlər, sivilizasiyalar harmoniya şəklində mövcudluğunu davam etdirəndə cəmiyyətdə sülh, əminamanlıq və inkişafa aparan faktorlar çox güclü olur: "Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir. Tariximizdə heç zaman dini və milli zəmində qarşıdurma olmayıb. Azərbaycan cəmiyyəti fərqli mədəniyyətlərə, fərqli dinlərin nümayəndələrinə həmişə hörmətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda multikultural vəziyyət beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətini çox ciddi şəkildə cəlb edir".
"Ciddi dəyişikliklər olacaq" - Fransanın yeni prezidenti
Fransada dəyişikliklər olacaq. Qanunlar dəyişəcək. Bunun üçünsə parlamentdə çoxluğa nail olmalıyıq. Fransada keçirilmiş prezident seçkilərinin qalibi, "İrəli!" hərəkatının lideri Emmunuel Makron Luvr Sarayının qarşısında tərəfdarlarının mitinqində çıxış edərkən belə deyib.
Tuba "Cəsur və Güzəl"i tərk etdi - Məşhur serial bitir?
Tuba Büyüküstünlə Kıvanç Tatlıtuğ arasında "Cəsur və Güzəl"in çəkilişinə gecikmək üstə mübahisə yaşanıb. Tatlıtuğu serial çəkilişi meydançasında 3 saat gözləyən gözəl aktrisa hirsindən dəliyə dönüb.
Öldürülən iş adamının ərəb şeyxləri ilə bağlılığı ortaya çıxdı - ŞİFRƏLİ MESAJLAR
İstanbulda öldürülən iranlı iş adamı və küveytli ortağının cinayətiylə əlaqədar ilginc detalın üstü açılıb. Cinayətlə əlaqədar "casus" olmaqda günahlandırılan şirkətin keçmiş alqı-satqı müdiri Sarah Rahbari Dubayda ortaya çıxıb. Rahbari yazdığı məktubda təəccüblü iddialar irəli sürüb.














