Fransada liberal dəyərlər qatı sağçılara qalib gəldi

“Fransada liberal dəyərlər qatı sağçılara qalib gəldi. Müsyo Makron BMT Təhlükəsizlik Sırasının daimi üzvü olan nüvə dövlətinin başçısı seçildi”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Nəzakət Məmmədova bildirib ki, bu, həm dünya üçün, həm də Azərbaycan və Türkiyə üçün yaxşı xəbərdir: “BMT Təhlükəsizlik Sırasının beş daimi üzvündən biri olan nüvə dövləti, ATƏT-in Minsk qrupunun həmsədri, NATO və AB kimi təşkilatların aparıcı olkəsində radikalların hakimiyyəti yaxşı heç nə vəd etmirdi. Sağçıların liderini dəstəkləyən olkələrdən birinin Rusiya oldugu məlumdur.

"Fransada liberal dəyərlər qatı sağçılara qalib gəldi. Müsyo Makron BMT Təhlükəsizlik Sırasının daimi üzvü olan nüvə dövlətinin başçısı seçildi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Nəzakət Məmmədova bildirib ki, bu, həm dünya üçün, həm də Azərbaycan və Türkiyə üçün yaxşı xəbərdir: "BMT Təhlükəsizlik Sırasının beş daimi üzvündən biri olan nüvə dövləti, ATƏT-in Minsk qrupunun həmsədri, NATO və AB kimi təşkilatların aparıcı olkəsində radikalların hakimiyyəti yaxşı heç nə vəd etmirdi. Sağçıların liderini dəstəkləyən olkələrdən birinin Rusiya oldugu məlumdur. Radikalların lideri Le Pen iqtidara gələcəyi təqdirdə Fransanı Avropa Birliyindən çıxarmağa söz vermişdi. Bu isə Rusiyanın ən əsas planlarından biridir. Avropa Birliyinin parçalanması. Pravoslav Rusiyasına düşmən münasibəti bəsləyən katolik klubunun zəifləməsi onu məmnun edərdi". Politoloq deyib ki, Fransa 1962-ci ildə Də Qollun zamanında NATO-nun hərbi struktirlarını tərk etmiş, SSRI ilə yaxınlaşmış, NATO əsgərlərinə Fransa torpağını tərk etmələri barədə ultimatum vermişdi: " Bu, NATO daxilində qarşıdurma yaratmışdı. Eyni zamanda, ermənipərəst Le Penin birbaşa onları dəstəkləməsi həm Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsinə, həm də Qarabağ münaqişəsinin həllində problemlərə səbəb ola bilərdi. Bununla belə 9 milyon insan radikallara səs vermişdi ki, bu, Fransa cəmiyyətinin qeyri-tolerant bir cəmiyyət olduğunu göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31