"Ciddi dəyişikliklər olacaq" - Fransanın yeni prezidenti 

Fransada dəyişikliklər olacaq. Qanunlar dəyişəcək. Bunun üçünsə parlamentdə çoxluğa nail olmalıyıq. Fransada keçirilmiş prezident seçkilərinin qalibi, "İrəli!" hərəkatının lideri Emmunuel Makron Luvr Sarayının qarşısında tərəfdarlarının mitinqində çıxış edərkən belə deyib.

O, tribunada 64 yaşlı arvadı Bricitlə yanaşı durmuşdu. Lui Napoleon Bonopartdan sonra Fransa tarixində ən gənc dövlət başçısı olan 39 yaşlı Makron daha sonra deyib: "Fransanın Avropa Birliyindən ayrılmasına yönəlmiş kampaniyalara son qoyulmalıdır. Biz inkişafın, demokratiyanın, rifahına tərəfdarıq. Hakimiyyətdə olacağım 5 il ərzində əlimdən gələni edəcəyəm ki, kimsə ifrata vararaq səs vermək məcburiyyətində qalmasın. Qarşımızda duran məsələlər böyükdür, çətindir. Real, güclü çoxluğa nail olaraq Fransaya xidmət edəcəyəm. Respublikamızın "Azadlıq, bərabərlik və qardaşlıq" prinsiplərinə riayət edərək inkişaf, demokratiya uğrunda mübarizə aparacağıq".

Fransada keçirilmiş prezident seçkilərinin 2-ci turunda Emmanuel Makron səslərin 66,06 faizini, onun rəqibi, ifrat sağçı və irqçi "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen isə 33,94 faizini toplayıb. Milli.az European-a istinadən  xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31