Gündəm

İstanbulda partlayış həyəcanı

8 May 2017 16:40

Türkiyənin İstanbul şəhərində partlayış həyəcanı yaşanıb.  Bağcılar rayonunda tikilməkdə olan metro stansiyasının yaxınlığında tüstülənmə qeydə alınıb. Tüstülənmə barədə vətəndaşlar polisə xəbər verdikdən sonra bölgə polis tərəfindən əhatəyə alınıb. Daha sonra yeraltı naqillərdə ardıcıl partlayışlar baş verib. Partlayışlar nəticəsində baş verən yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Erməni nazirdən müharibəyə səbəb ola biləcək BƏYANAT

8 May 2017 16:39

"Dağlıq Qarabağ tanınmamış olsa da, ölkədir, münaqişə deyil. Və bu fakt tam başa düşülməyincə, münaqişənin həlli mümkünsüzdür. Orada 25 ildir ki, de-fakto, müstəqil şəraitdə kifayət qədər insan yaşayır. Onlar özlərinin qəbul etdikləri qərarlara görə məsuliyyət daşıyır, hökumətlərini demokratik prinsiplər üzərində qurur, çoxfraksiyalı parlament formalaşdırırlar".

Fransanın Cənubi Qafqazla bağlı siyasəti dəyişəcək?

8 May 2017 16:38

"Emmanuel Makronun prezident seçilməsindən sonra Fransanın Cənubi Qafqazla bağlı siyasəti heç bir şəkildə dəyişməyəcək". Bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

XİN: Nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılması Ermənistanda dövlət siyasətinə çevrilib

8 May 2017 16:36

“İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqı da böyük töhfələr verib. 640 min nəfərdən artıq Azərbaycan vətəndaşı cəbhəyə yollanıb, onların 300 min nəfərdən çoxu döyüşlərdə həlak olub”.

Daxili İşlər və Müdafiə nazirliklərinin yüksək vəzifəli əməkdaşları həlak oldu

8 May 2017 16:23

Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Ötən gecə saat 22 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi, nömrəsi hələ ki bəlli olmayan minik avtomobilləri toquşub.

Olland prezident səlahiyyətlərini mayın 14-də təhvil verəcək

8 May 2017 16:21

Hazırkı prezident Fransua Olland mayın 14-də prezident səlahiyyətlərini Fransanın yeni dövlət başçısı seçilən, "İrəli!" hərəkatının lideri Emmanuel Makrona verəcək. Bu barədə “Figaro” nəşri yazıb. Bildirilir ki, F.Ollandın səlahiyyət müddəti məhz həmin gün bitir.

Putin “KQB”dəki keçmiş rəisini təəccübləndirdi

8 May 2017 16:19

Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə günü ərəfəsində 1980-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ADR Dövlət Təhlükəsizliyi Nazirliyi yanında sabiq nümayəndəsi olmuş keçmiş rəisi Lazar Matveyevə baş çəkib.

Səyyar ASAN xidmət Nardaranda

8 May 2017 16:13

Səyyar ASAN xidmət 8– 17 may tarixində Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN Xidmətdən “Olaylar” – a bildirlir ki, səyyar avtobuslar17 aprel – 16 may Siyəzən şəhərində, 26 aprel – 15 may Beyləqan şəhərində, 1 – 30 may Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, 3 – 22  may Abşeron rayonunun Məhəmmədi kəndində, səyyar ASAN  qatar isə 3 – 17 may Ağdaş rayonunun Ləki qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar ASAN xidmət tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

11 su sayğacını oğurlayan qardaşlar yaxalanıblar

8 May 2017 16:12

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Faiq Bayramovun, Kənan Süleymanlının və qardaşı Sənanın ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin, 2-ci və 4-cü PB-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində daha 12 evin girişlərindən ümumilikdə 11 su sayğacı, inşaat materialları və su mühərriki oğurlamaları da müəyyən edilib.

14 rayonda torpaq tədqiqat işləri aparılacaq

8 May 2017 16:11

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda bu gün fermerlərə xidmət göstərib. Komitədən “Olaylar”a  verilən məlumata görə, rayonun əkin sahələrində, o cümlədən pambıq tarlalarında torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib.

SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir

8 May 2017 16:09

İranın paytaxtı Tehran şəhərində “İran Oil Show - 2017” 22-ci Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi aşılış mərasimində İranın birinci vitse-prezidenti Pərviz Davidi, neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı - İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak ediblər.