Musiqili Teatrın İslamiadanın ilk həftəsi üçün REPERTUARI repertuarı
8 May 2017 16:53 Teatr və kinoAçılış mərasimi 12 may tarixində baş tutacaq "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara bu gündən etibarən start verilib. Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, Musiqili Teatr İslamiada ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ilk həftəsində Dövlət Musiqili Teatrında 9 tamaşa nümayiş olunacaq. 9, 10, 11, 12, 13,14 may tarixlərində saat 12.00 və 19.00-da "Kimdir müqəssir?", "Mənim günahım", "Fransızsayağı qarnir", "Arşın mal alan", "Dəcəl çəpişlər", "Talelər qovuşanda", "Bir dayan, canavar!" və "Ər və arvad" tamaşaları təqdim ediləcək.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar - azarkeşlər, yarış iştirakçıları, turistlər Ə. Haqverdiyevin "Kimdir müqəssir?", Ü. Hacıbəylinin "Ər və arvad", R. Hacıyevin "Talelər qovuşanda" tamaşalarını ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə izləyə biləcəklər.
Musiqili Teatr rusdilli və balaca tamaşaçılarını da unutmayıb. Belə ki, 11 may tarixində saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir" əsəri böyüklər, 14 may tarixində saat 12.00-da R. Ağayeva, A. Kurlyanskiy, A. Xaytın "Bir dayan, canavar!" nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər" əsəri 13 may tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.