Ermənistanda bələdiyyə seçkiləri ərəfəsində siyasi gərginlik artır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Stepanavanda oktyabrın 25-ə təyin edilmiş yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində "Güclü Ermənistan" blokundan merliyə namizəd Arsen Qevorkyan və daha 14 nəfər saxlanılıb. Anti-Korrupsiya Məhkəməsinin qərarı ilə seçki rüşvəti vermə və alma ittihamları ilə saxlanılanlardan 10 nəfəri, o cümlədən mer namizədi və 5 ağsaqqallar şurası namizədi barəsində həbs və ev dustaqlığı imkan tədbirləri seçilib.

"Güclü Ermənistan" blokunun deputatı Hayk Farmanyan baş verənləri hakimiyyətin seçki məğlubiyyəti qorxusundan irəli gələn siyasi təqib və repressiya kimi qiymətləndirib. Deputat bildirib ki, məhkəmənin yekun qərarı olmadan hakim "Mülki Müqavilə" partiyasının nümayəndələri tərəfindən hüquqi qiymət verilməsi həbslərin cəza alətinə çevrildiyini göstərir. Bütün təzyiqlərə baxmayaraq, Farmanyan seçiciləri oktyabrın 25-də seçkilərdə fəal iştirak etməyə və "Güclü Ermənistan" partiyasının namizədinə səs verməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31