11 su sayğacını oğurlayan qardaşlar yaxalanıblar
Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Faiq Bayramovun, Kənan Süleymanlının və qardaşı Sənanın ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin, 2-ci və 4-cü PB-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində daha 12 evin girişlərindən ümumilikdə 11 su sayğacı, inşaat materialları və su mühərriki oğurlamaları da müəyyən edilib.
8 May 2017 16:12 KriminalOğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Faiq Bayramovun, Kənan Süleymanlının və qardaşı Sənanın ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin, 2-ci və 4-cü PB-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində daha 12 evin girişlərindən ümumilikdə 11 su sayğacı, inşaat materialları və su mühərriki oğurlamaları da müəyyən edilib. DİN-dən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tərlan Həsənovun ətrafında Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun mayın 3-də Bakı şəhər sakinləri olan 3 nəfərə məxsus 4 velosipedi oğurlaması da müəyyən edilib.