14 rayonda torpaq tədqiqat işləri aparılacaq
Əmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda bu gün fermerlərə xidmət göstərib. Komitədən “Olaylar”a verilən məlumata görə, rayonun əkin sahələrində, o cümlədən pambıq tarlalarında torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib.
8 May 2017 16:11 SosialƏmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda bu gün fermerlərə xidmət göstərib. Komitədən "Olaylar"a verilən məlumata görə, rayonun əkin sahələrində, o cümlədən pambıq tarlalarında torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib. Mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlıq dərəcələri, analizlər nəticəsində torpağın "qida rasionu" müəyyənləşdirilib. Torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri yəni nəmliyi ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu və s. təyin olunub. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən hansı həcmdə verilməsi müəyyənləşib. Kəndlilər aparılan torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq, elə həmin gün məlumat alıblar. Mobil laboratoriya xidməti bir başa olaraq kəndlinin əkin biçin yerlərində göstərilməklə rahatlığı, səmərəliliyi, operativliyi təmin edir. Bununla fermerlər vaxtlarını qənaət etmiş olmaqla zamanını düzgün planlaşdıra bilirlər. Eyni zamanada bu, fermerlərin torpaqlardan səmərəli istifadə etməsinə, məhsuldarlığın xeyli artmasına imkan verəcək.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə mobil laboratoriyalarla yanaşı, Bakıda da stasionar laboratoriya da fəaliyyət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir. 2017-ci ildə 14 rayonda - Agcabədi, Şabran, İmişli, Qəbələ, Kürdəmir Şəmkir, Samux, Zərdab, Masallı və digər bölgələrin 657 min hektardan çox ərazisində irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılacaq. Çöl torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq bu rayonların torpaq, şorlaşma və eroziya xəritələri hazırlanacaq. Eyni zamanda həmin ərazilərin torpaqlarının bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılacaq. Bununla yanaşı, cari ildə respublikanın müvafiq regionlarının 810 min hektara yaxın ərazisində, yay və qış otlaqlarında irimiqyaslı çöl geobotaniki tədqiqat işləri tam yerinə yetiriləcək. 2020-ci ilədək Azərbaycanda torpaqların keyfiyyət göstəricilərinə görə uçotunun aparılması nəzərdə tutulub.