Olland prezident səlahiyyətlərini mayın 14-də təhvil verəcək
Hazırkı prezident Fransua Olland mayın 14-də prezident səlahiyyətlərini Fransanın yeni dövlət başçısı seçilən, "İrəli!" hərəkatının lideri Emmanuel Makrona verəcək. Bu barədə “Figaro” nəşri yazıb. Bildirilir ki, F.Ollandın səlahiyyət müddəti məhz həmin gün bitir.
8 May 2017 16:21 DünyaHazırkı prezident Fransua Olland mayın 14-də prezident səlahiyyətlərini Fransanın yeni dövlət başçısı seçilən, "İrəli!" hərəkatının lideri Emmanuel Makrona verəcək. Bu barədə "Figaro" nəşri yazıb. Bildirilir ki, F.Ollandın səlahiyyət müddəti məhz həmin gün bitir.
Xatırladaq ki, mayın 7-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. E.Makron bülletenlərin 99,99% hesablanmasından sonra 66,06% nəticə ilə (20,7 milyon səs) prezident seçkilərinin ikinci turunda qalib gəlib. Virtualaz.org