SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir

İranın paytaxtı Tehran şəhərində “İran Oil Show - 2017” 22-ci Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi aşılış mərasimində İranın birinci vitse-prezidenti Pərviz Davidi, neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı - İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak ediblər.

İranın paytaxtı Tehran şəhərində "İran Oil Show - 2017" 22-ci Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi aşılış mərasimində İranın birinci vitse-prezidenti Pərviz Davidi, neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı - İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak ediblər. 6-9 may tarixlərində keçirilən sərgidə SOCAR-ın stendi böyük maraq doğurub. SOCAR-ın nümayəndələri iştirakçılara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə ətraflı məlumat verib, müxtəlif şirkət nümayəndərinin SOCAR-la əməkdaşlıq imkanları nəzərdən keçirilmiş, onları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31